BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

“De-fakto sülh var, lakin sülh sazişi yoxdur”

2024-03-06 10:04

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun “commonspace.eu” saytında “De fakto sülh var, lakin sülh sazişi yoxdur” başlıqlı məqaləsi dərc edilib.

V.Hüseynov qeyd edir ki, Azərbaycan və Ermənistan liderlərinin dialoqu davam etdirmək və qalan məsələləri sülh yolu ilə həll etməklə bağlı istəklərini bir daha təsdiqləməklərinə baxmayaraq, xarici işlər nazirləri arasında keçirilən son görüş sülh danışıqlarındakı mühüm çağırışları önə çıxarıb, bu isə öz növbəsində çıxmaza səbəb ola bilər.

“Geridə qalan iki il ərzində sülh razılaşmasına nail olmağın mümkünlüyü ilə bağlı nikbinlik yaranmasına baxmayaraq, son hadisələr bu nikbinliyin azalmasını göstərir. Demək olar ki, heç bir əhəmiyyətli irəliləyiş qeydə alınmayıb. Sülh danışıqlarına mane olan çağırışlara əsasən, Azərbaycanın qərb regionları ilə Naxçıvan eksklavı arasında keçid məsələsinin taleyi, Ermənistanın Konstitusiya sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistan Konstitusiyasının dəyişilmədiyi müddətdə sülh müqaviləsini imzalamayacağı ilə bağlı Bakının bəyanatı, eləcə də hər iki ölkənin delimitasiya prosesi ilə bağlı artan zidd mövqeləri və sərhəd kəndlərlə bağlı səsləndirilən fikirlər aiddir”.

V. Hüseynovin fikrincə, ötən aylarda mübahisənin intensivləşməsi göstərir ki, delimitasiya komissiyalarının yanvarın sonunda keçirdiyi görüş ciddi irəliləyişə nail ola bilməyib.

“Nə Münxen, nə də Berlindəki danışıqlar vəziyyəti daha yaxşıya doğru dəyişməyib”.

Mövcud vəziyyəti Ermənistan-Azərbaycan sülh prosesində “növbəti  çıxmaz vəziyyət” kimi xarakterizə edən müəllif, bu “çıxmaz vəziyyət”i Azərbaycan rəsmilərinin təbirincə, “de fakto sülh” adlandırır.

Vasif Hüseynovun sözlərinə görə, fevralın əvvəlində yaşanan sərhəd insidentini çıxmaq şərtilə, Ermənistan-Azərbaycan sərhədi 2023-cü ilin sentyabrından indiyədək sakit olaraq qalıb. Bu cür sabitlik Sovet İttifaqının süqutundan sonra yaşanan misilsiz bir nümunədir. Ermənistandakı bəzi siyasi qruplar və Qərbin apardığı bəzi kampaniyalara baxmayaraq, Azərbaycan rəhbərliyi Zəngəzur dəhlizinin açılması üçün gücdən istifadə etməklə bağlı planlarının olmasına aid fikirləri inkar edir.

“Bununla belə, hazırkı “de fakto sülh” Ermənistan-Azərbaycan münasibətlərində konstruktiv mərhələdir. Lakin, sülh sazişinə aparan yol və yekun “de yure sülh”  gözlənildiyindən daha çox uzana bilər. İki Cənubi Qafqaz respublikası gələcəkdə qeyri-müəyyən nəticələrə səbəb olacaq tələsik addımlar atmaq əvəzinə, daha ehtiyatlı mövqe sərgiləməli, Qərb-Rusiya geosiyasi qarşıdurmasının, Ukraynada davam edən müharibənin necə cərəyan edəcəyi ilə bağlı daha diqqətli müşahidələr aparmalıdır”.

Yekunda Vasif Hüseynov bildirir ki, hər iki dövlət diplomatik kanalları açıq saxlamalı və hazırkı stabilliyi qorumaq, eləcə də uzanan mübahisələri həll etmək üçün konstruktiv dialoqla məşğul olmalıdır.

https://www.commonspace.eu/opinion/opinion-de-facto-peace-no-peace-agreement

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir