BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Davamlı tərəqqiyə doğru

2024-07-17 15:16

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyev və Çin mərkəzli beynəlxalq inkişaf və davamlılıq üzrə mütəxəssis Edoardo Monaconun “Davamlı tərəqqiyə doğru” sərlövhəli məqaləsi “China Daily” nəşrində dərc edilib.

Ş. Hacıyev Azərbaycan hökumətinin ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığını azaltmaq, bərpa olunan enerji və yaşıl texnologiyalar sektorlarına investisiyaların cəlbi istiqamətində atdığı addımlara nəzər yetirir.

Müəllif iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə diqqət çəkib. Onun sözlərinə görə, sənəd bərpa olunan enerji və yaşıl texnologiyalar daxil olmaqla, ikitərəfli münasibətlər baxımından yeni imkanlar açacaq.

“1990-cu illərlə müqayisədə Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının həcmini 35%-ə qədər azaltmağı öhdəsinə götürüb.  Alternativ mənbələr ölkənin öz hədəflərinə çatması üçün ən perspektivli aşağı karbonlu həll yolu təklif edir və 2030-cu ilə qədər ölkənin ümumi enerji balansında bərpa olunan enerji üzrə qoyuluş gücü payının 30 %-ə çatdırılması nəzərdə tutulub”.

Ş. Hacıyev qeyd edir ki, son illərdə bərpa olunan enerjinin istifadəsinin artırılması Azərbaycanın enerji və xarici siyasətininin əsas komponentinə çevrilmişdir. Bu məqsədlə Azərbaycan ACWA Power, BP, TEPSCO və Masdar kimi qlobal enerji şirkətləri ilə əməkdaşlıq edir.

“Çinin enerji şirkətləri son illərdə Azərbaycanda getdikcə fəallaşıblar. Məsələn, 2023-cü ildə Energetika Nazirliyi ilə Çinin “China Gezhouba Group Overseas Investment” şirkəti arasında 2 QVt gücündə bərpa olunan enerji layihələrinin həyata keçirilməsinə dair Anlaşma Memorandumu imzlanıb”.

Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına toxunan müəllif bildirir ki, COP29 yerli iqtisadiyyatın diversifikasiyasına töhfə verəcək.

“Turizm Azərbaycanın qeyri-neft iqtisadiyyatındakı prioritet sektorlardan biridir. COP29 kimi beynəlxalq tədbirə ev sahibliyi etmək infrastrukturun inkişafına əhəmiyyətli töhfə verəcək, turizm istiqaməti kimi ölkənin cəlbediciliyini göstərəcək, eləcə də sosial-iqtisadi mobilliyi və inklüzivliyi gücləndirəcək”.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://www.chinadaily.com.cn/a/202407/17/WS6697370ba31095c51c50e873.html

*Məqalə İspan və Çin dillərində də dərc edilmişdir:

https://infogate.cl/2024/07/progreso-sostenible-en-el-futuro/

https://mp.weixin.qq.com/s/-cBRHFQwudPecu6w8JfdVg

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir