BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Dağlıq Qarabağ məsələsi Xəzər dənizindən keçən boru kəmərlərinə təhdiddir

2020-10-28 16:00

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin I”nternational Policy Digest”-də  “Dağlıq Qarabağ  məsələsi Xəzər dənizindən keçən boru kəmərlərinə təhdiddir” başlıqlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında münaqişə təxminən 30 ildir davam edir və bölgənin tam iqtisadi inteqrasiyası üçün ciddi maneədir. Bildirilir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın “Madrid prinsipləri”ni şübhə altına alması demək olar ki,  danışıqlar prosesinə ciddi zərbə vurdu və  Ermənistan-Azərbaycan arasındakı gərginliyin pik həddə çatmasını stimullaşdırdı.

“Oktyabr ayının əvvəllərində Ermənistan Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbəsi endirdi. Qeyd etmək lazımdır ki, Gəncə şəhəri mühüm coğrafi məkanda yerləşməklə (Ganja Gap) Xəzər neft və qaz ehtiyatlarını beynəlxalq enerji bazarlarına çıxarmaqda önəmli paya sahibdir. Tanınmamış qondarma rejimin rəhbəri Arayik Harutyunyan şəhərə raket zərbələrinin endirilməsinə bir başa tapşırıq ver”,- deyə müəllif yazır.

Bildirilir ki, bütün təhdidlərə baxmayaraq, Azərbaycan Cənubi Qafqazdakı regional iqtisadi inkişafa və beynəlxalq layihələrə dəstək verməsi tam şəkildə aydındır: “Təəssüf ki, Ermənistan özünü bu cür layihələrdən təcrid edib, çünki Dağlıq Qarabağ münaqişəsi bölgənin gələcək inkişafına və təhlükəsizliyinə zərər verir. Münaqişə təkcə Cənubi Qafqazın təhlükəsizliyi üçün deyil, həm də Xəzər hövzəsi üçün real bir çağırışdır”.

https://intpolicydigest.org/2020/10/28/how-nagorno-karabakh-threatens-the-caspian-pipeline/

 

Müəllifin son məqalələri

13 May 2025 - 09:42

Azərbaycanın çoxvektorlu xarici siyasəti suverenlik, sabitlik və strateji inkişafın əsas dayağıdır

25 Aprel 2025 - 14:42

Strateji əlaqələrin gücləndirilməsi: Regional bağlılıq və davamlı inkişaf üçün Azərbaycan-Çin əməkdaşlığı

18 Aprel 2025 - 15:14

Azərbaycan-Gürcüstan tərəfdaşlığı Aİ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrində mühüm rol oynayır