BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

2024-05-10 11:52

BMTM-in baş məsləhətçisi Şahmar Hacıyevin “COP29 üçün iqlimlə bağlı çağırışların həlli” başlıqlı məqaləsi “NE GLOBAL” nəşrində dərc edilib.

Məqalədə qeyd edilir ki, antropogen fəaliyyətlər nəticəsində karbon emissiyalarının artması daha ciddi xarakter almağa başlayıb. Yer kürəsinin iqlim balansındakı dəyişikliklər bütün dövlətlərdən ekosistemin müdafiəsi naminə təxirəsalınmaz tədbirlər görülməsini tələb edir.

Azərbaycanın yaşıl enerji infrastrukturunun inkişafı və alternativ enerji mənbələrindən  geniş istifadəyə xüsusi diqqət ayırdığını bildirən Ş. Hacıyev ölkəmizin bərpa olunan enerji potensialının 27 QVt olduğunu, bunun 3000 MVt-nı külək, 23,000 MVt-nı günəş, 380 MVt-nı bioenerji potensialı, 520 MVt-nı isə dağ çayları təşkil etdiyini qeyd edib.

“Azərbaycan hökuməti 2030-cu ilə qədər enerji tələbatının 30 faizinin bərpa olunan mənbələr hesabına ödənilməsini hədəf kimi müəyyənləşdirib. Bərpa olunan enerji mənbələri iqlimlə bağlı hədəflərə nail olmaqda ən perspektivli həll yolu təklif edir. Azərbaycan 2030-cu ilə qədər istixana qazlarının 35%-ə qədər, 2050-ci ilə qədər isə 40%-ə qədər  azaldılması öhdəliyini götürüb.

Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası -COP29 Azərbaycanda keçiriləcək. COP29 Azərbaycanın yaşıl enerji inkişafının sürətləndirilməsi, daha dayanıqlı və ekoloji təmiz ətraf mühiti gücləndirməklə bağlı Azərbaycanın öhdəliklərinə sadiqliyini göstərir.

Azərbaycan BƏƏ-nin Masdar, ADNOC, Səudiyyə Ərəbəistanının ACWA Power, BP, Çinin “Gezhouba Group Overseas Investment” şirkətləri ilə ölkədə bərpa olunan enerji layihələrinin icrası məqsədilə uğurlu enerji əməkdaşlıqları qurmuşdur”.

Müəllif, həmçinin Avropa İttifaqı və Azərbaycan arasında 2022-ci ildə enerji sahəsində "Strateji tərəfdaşlıq barədə Anlaşma Memorandumu"nun imzalanması ilə əməkdaşlıqda yeni səhifə açıldığını, eləcə də, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Qara dənizin dibi ilə elektrik kabelinin tikintisi ilə bağlı razılaşmanın qurumun Rusiyanın enerji asılılığının azaldılmasından əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.

“Regionda ilk dəfə COP29-a ev sahibliyi edilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya üçün davamlı inkişaf və yaşıl enerjiyə keçidi sürətləndirmək üçün geniş imkanlar yaradır”,-deyə Şahmar Hacıyev yekunda bildirib.

*Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://www.neglobal.eu/cop29-and-navigating-climate-challenges/

Müəllifin son məqalələri

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir

26 Fevral 2024 - 16:27

Azərbaycan COP29-a ev sahibliyi etməklə yaşıl enerjiyə keçidi sürətləndirir