BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vüsal Quliyev

Email: vusal.guliyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Çində türk kapitalının artan izləri

2025-04-03 15:06

Türkiyə ilə Çin arasında iqtisadi əlaqələr son üç onillikdə əhəmiyyətli dərəcədə genişlənərək ənənəvi ticarət çərçivələrini aşıb və qarşılıqlı investisiyaları əhatə edəcək səviyyəyə qədər qalxıb. Çinin Türkiyəyə sərmayələri adətən daha çox diqqət çəksə də, Çinə axın edən türk kapitalı da durmadan artıb. Türk sərmayələri Çin sərmayələri ilə müqayisədə daha azşaxəli və məhdud olsa da, bəzi türk şirkətləri bir çox sektorda nəzərə çarpacaq işlər görüb. Buna baxmayaraq, Çinin geniş istehlakçı bazası və sənaye ekosistemi uzun müddətdir ki, qlobal əhatə dairəsini genişləndirmək istəyən türk biznesləri üçün strateji hədəfə çevrilib. İlkin təşəbbüslər toxuculuq və yüngül istehsala yönəlmişdi, sonrakı təşəbbüslər isə enerji, qida xidmətləri və istehlak mallarına istiqamətlənmişdir. Çin bazarına artan maraq ikitərəfli ticarətdə əhəmiyyətli artıma səbəb oldu və dərinləşən iqtisadi əməkdaşlığın nəzərəçarpan nəticələrini nümayiş etdirdi.

Qeyd edək ki, ikitərəfli ticarət 2001-ci ildəki 1 milyard dollardan 2024-cü ildə 44,9 milyard dollara qədər yüksəlib və Çin Türkiyənin ən böyük idxal tərəfdaşı olub. Bununla belə, ticarət disbalansı əhəmiyyətli dərəcədə Çinin xeyrinə qalır. Buna cavab olaraq, türk siyasətçi və işgüzar dairələri daha balanslı səviyyəyə çatmaq üçün türk firmalarını Çində mövcudluqlarını artırmağa təşviq edirlər. İnstitusional dəstək və inkişaf edən ikitərəfli çərçivələr sayəsində türk kapitalı Çinin beynəlxalq investisiya landşaftının görünən xüsusiyyətinə çevrilir. Çindəki türk sərmayələri ümumilikdə Türkiyənin aparıcı konqlomeratlarının güclü tərəflərini əks etdirən sektorları əhatə edir.

İlk təşəbbüslər 1990-cı illərdə başladı və 2000-ci illərdə sənaye müəssisələrinin sayında artım müşahidə olundu. Bu yaxınlarda istehlak yönümlü və xidmət sektorları ön plana çıxdı.

*Məqalənin ingilis dilində olan orijinal və tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://caspian-alpine.org/growing-footprint-of-the-turkish-capital-in-china/

Müəllifin son məqalələri

03 Aprel 2025 - 15:06

Çində türk kapitalının artan izləri

20 Fevral 2025 - 11:46

Türk Dövlətləri Təşkilatı Avrasiya ticarət bağlantılarını inkişaf etdirir