“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb.
“Caucasus Strategic Perspectives” (CSP) jurnalının “Cənubi Qafqaz sülh və müharibənin kəsişməsində” sərlövhəli budəfəki buraxılışı Ermənistan və Azərbaycan arasında müxtəlif vasitəçilik fəaliyyətlərinə, Ermənistanın beynəlxalq hüquqa zidd hərəkətlərinə və xarici siyasətinə, Ermənistan-Azərbaycan sülh prosesi, eləcə də Cənubi Qafqaz regionundakı yeni təşəbbüslərə həsr olunub.
CSP-nin yeni sayına 7 məqalədən ibarətdir. CSP-nin cari müəllifləri Ermənistan və Azərbaycan arasında barışıq yaratmaq üçün Aİ və ABŞ-ın vasitəçi rollarını, Azərbaycanın əvvəllər işğal olunmuş əraziləri ilə bağlı Ermənistanın beynəlxalq məsuliyyətini, Rusiya-Ermənistan münasibətlərini, Orta Dəhlizin perspektivini, İran-Ermənistan münasibətlərini və bunun Azərbaycan üçün nəticələrini təhlil ediblər.
CSP ildə 2 dəfə nəşr olunan xarici siyasət və təhlükəsizlik mövzularını əhatə edən akademik jurnaldır. Jurnal Cənubi Qafqaz regionunun qonşuluğuna təsir edən məsələlərə qlobal və regional perspektivdən baxmaqla yanaşı, əsasən bölgənin beynəlxalq siyasətdəki roluna diqqət yetirir. Jurnalda fərqli sahələrin mütəxəssislərinin, həmçinin xarici ölkələrin ekspertlərinin baxışları yer alır. CSP jurnalı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (AIR Center) tərəfindən Bakıda nəşr olunur.