BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

BMTMM-də Niderlandın xarici işlər naziri ilə görüş keçirilib

2026-10-26 17:23

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzində (BMTMM) Niderland Krallığının xarici işlər naziri Tom Berendsen və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Azərbaycan-Niderland münasibətlərinin cari vəziyyəti, Cənubi Qafqazda mövcud proseslər və regional sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.

BMTMM İdarə Heyəti sədrinin müavini, “Sülh Körpüsü” təşəbbüsünün koordinatoru Fərhad Məmmədov təşəbbüs çərçivəsində indiyədək keçirilmiş dörd görüşün nəticələri, Azərbaycan və Ermənistan cəmiyyətlərinin sülh prosesinə yanaşmaları, eləcə də kənar qüvvələrin Cənubi Qafqazdakı proseslərə müdaxiləsi barədə məlumat verib.

Fərhad Məmmədov Azərbaycanın sülhə sadiqliyini vurğulayaraq itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və mina təhlükəsinin aradan qaldırılmasının hələ də aktual məsələlər olduğunu qeyd edib. O, həmçinin qarşılıqlı etimada xələl gətirən narrativlərin davamlı sülhün təmin olunmasına maneə yaratdığını diqqətə çatdırıb.

Daha sonra çıxış edən BMTMM-in aparıcı məsləhətçisi Sultan Zahidov Azərbaycan və Niderland beyin mərkəzləri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, Mərkəzin Avropa beyin mərkəzləri ilə əlaqələri intensivləşdirmək və əməkdaşlığın coğrafiyasını genişləndirmək niyyətində olduğunu bildirib.

Bu kontekstdə Sultan Zahidov oktyabrın 27-də Brüsseldə Egmont - Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutunun birgə təşkilatçılığı ilə keçiriləcək Azərbaycan-Avropa İttifaqı beyin mərkəzləri forumunun əhəmiyyətinə toxunub. O, həmçinin BMTMM-in İsveçrənin Sent-Qallen Universiteti və LINKS Europe Fondu ilə birgə Avropa və Azərbaycan gündəminin aktual məsələlərinə həsr olunmuş müzakirələr təşkil etdiyini diqqətə çatdırıb.

Nazir Tom Berendsen xalqlar arasında əlaqələrin inkişafının və etimad quruculuğunun davamlı sülhün əsaslarının möhkəmləndirilməsindəki əhəmiyyətini vurğulayıb.

Görüş qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

Müəllifin son məqalələri

26 Oktyabr 2026 - 17:23

BMTMM-də Niderlandın xarici işlər naziri ilə görüş keçirilib

20 Oktyabr 2026 - 12:56

BMTMM və Koreya səfirliyinin birgə təşkilatçılığı ilə Orta Dəhlizlə bağlı tədbir keçirilib

19 Oktyabr 2026 - 17:23

Mədəni sahədən iqtisadiyyata: Gürcüstan-Qırğızıstan əməkdaşlığının yeni mərhələsi