BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

2024-12-13 16:39

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib.

Təlimdə əsas məqsəd ölkəmizə qarşı bilərəkdən və qərəzli formada həyata keçirilən qara piar  və dezinformasiya kampaniyalarının önünə keçmək, medianın mümkün təhdidlər qarşısında operativlik və məlumatlılığının artırılmasına töhfə verməkdir.

Açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev xarici siyasət sahəsində media təlimlərinin təşkil edilməsinin sözügedən sahə üzrə ixtisaslaşan jurnalistlərdə məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu qeyd etdi. Onun sözlərinə görə, media təmsilçilərinin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması milli maraqlarımızın beynəlxalq müstəvidə düzgün işıqlandırılması baxımından vacibdir.

Mətbuat nümayəndələri üçün təlimlərin vacibliyinə toxunan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirdi ki, məqsəd həm də jurnalistlərin ekspert kimi yetişdirilməsi və analitik yanaşmalarının təkmilləşdirilməsidir.

Birinci hissədə  BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev “Azərbaycanın qonşu dövlətlər və qlobal güc mərkəzləri münasibətləri: çağırışlar və imkanlar”, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Azərbaycan- Ermənistan sülh prosesi: fürsətlər və əngəllər”, BMTM-in şöbə müdiri Cavid Vəliyev “Azərbaycan xarici siyasətində Türk Dövlətləri Təşkilatı” mövzularında təlim keçdilər.

İkinci hissədə isə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Əkrəm Zeynallı “Azərbaycan-Çin münasibətləri yeni mərhələdə: gözləntilər”, BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Donald Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri: əngəllər və fürsətlər” mövzularında təlim keçdilər.

Təlimdə 11 media təmsilçisi iştirak edib.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olundu.

Müəllifin son məqalələri

25 Dekabr 2024 - 11:55

Fransada hökümətə etimadsızlıq votumu ilə əlaqədar dərinləşən siyasi böhranın səbəbləri və mümkün nəticələri

24 Dekabr 2024 - 15:39

BMTM-in Civilnet-də dərc olunan yazı ilə bağlı bəyanatı

24 Dekabr 2024 - 14:44

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib