2025-ci il mayın 6-da Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutu (IPIS) beynəlxalq münasibətlər və xarici siyasət araşdırmaları sahəsində ikitərəfli əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalayıb.
BMTM ilə IPIS arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edən bu sazişin, xüsusilə Cənubi Qafqaz, Yaxın Şərq və beynəlxalq proseslərə dair strateji məsələlər üzrə Azərbaycan və İran arasında qarşılıqlı anlayış və dialoqun dərinləşməsinə töhfə verəcəyi gözlənilir.