BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ VƏ MULTİKULTURALİZM MƏRKƏZİ

Axtar

BMTM və AVİM-in birgə hesabatı: "Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?"

2024-12-03 12:39

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Avrasiya Araşdırmaları Mərkəzi (AVİM) ilə birlikdə "Niyə Ermənistanın müasir ərazilərində azərbaycanlılar yoxdur?" sərlövhəli ingilis dilində hesabat hazırlayıb.

Hesabatın "Tarixə baxış" bölməsində bugünkü Ermənistan Respublikasının ərazisinin demoqrafik mənzərəsi hərtərəfli təhlil edilərək onun etnik tərkibinin erməni əhalinin xeyrinə süni olaraq dəyişdirilməsi ilə bağlı məlumatlar qeyd edilmişdir. Yerli əhalinin əksəriyyətini təşkil edən azərbaycanlıların sayının zaman-zaman dəyişikliyə məruz qalması ilə bağlı statistik göstəricilər əksini tapmışdır.

Azərbaycanlıların doğma torpaqlarından sistematik köçürülməsi haqqında "Azərbaycanlılara qarşı hücumlar və hədə-qorxu" bölməsində ətraflı bəhs edilir:

“Bu hədə-qorxu təcrid olunmuş bir fenomen deyildi, daha geniş, regionun demoqrafik tərkibinin dəyişdirilməsinə hesablanan planlaşdırılmış addım idi", - deyə hesabatda qeyd edilir. 

"Azərbaycanlıların deportasiyası" bölməsində kütləvi deportasiyanın 4 mərhələsinin təfərrüatlarından bəhs edilir.

"Mədəni irsin silinməsi" bölməsində Azərbaycanın tarixi, mədəni və dini irsinin genişmiqyaslı məhvi prosesi barədə ətraflı məlumat təqdim edilir, dağıdılan abidə və məscidlər sadalanır.

Sonuncu bölmədə isə beynəlxalq konvensiyalardakı hüquqi çərçivələrə əsaslanaraq azərbaycanlıların öz evlərinə qayıtmasının onların ayrılmaz hüququ olması tezisi diqqətə çatdırılır.

Hesabatın tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: 

https://aircenter.az/uploads/9g3fbhmesNCG.pdf

Müəllifin son məqalələri

15 Oktyabr 2026 - 13:39

Fərid Şəfiyev qlobal təhlükəsizliyin təmin olunmasında regional əməkdaşlığın əhəmiyyətini vurğulayıb

14 Oktyabr 2026 - 10:42

Azərbaycanın təhlükəsizlik, dünyəvilik siyasəti və hibrid müharibə ilə bağlı çağırışlar

09 Oktyabr 2026 - 12:45

BMTMM-də Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi çıxışa həsr olunan dəyirmi masa keçirilib