BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-in Civilnet-də dərc olunan yazı ilə bağlı bəyanatı

2024-12-24 15:39

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Ermənistanın Civilnet (https://www.civilnet.am/en/news/810445/azerbaijans-digital-war-on-france/) internet resursunun Azərbaycanın Fransaya qarşı “rəqəmsal müharibəsi” ilə bağlı yazısına  cavab verib.

“Bildirmək istərdik ki, yarandığı gündən etibarən BMTM öz fəaliyyəti, eləcə də maliyyə mənbələri ilə bağlı şəffaflıq və açıqlıq prinsiplərini qoruyub. İctimaiyyətə bəlli olan faktdır ki, Mərkəz 2019-cu ildə  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb və bu informasiya Mərkəzin rəsmi veb-səhifəsində yerləşdirilib. (www.aircenter.az).

Yarandığı gündən etibarən, BMTM qarşılıqlı maraq doğuran məsələlər üzrə müxtəlif tərəfdaşlarla fəal şəkildə çalışmış və Mərkəz tərəfindən təşkil edilən tədbirlərdə Fransadan olan nümayəndələr də iştirak etmişdir.

Təəssüf ki, hazırkı Fransa administrasiyasının siyasəti sayəsində Azərbaycan və Fransa arasındakı münasibətlər ciddi dərəcədə korlanıb.

Qeyd edilənlər fonunda biz rəsmi Parisin üzləşdiyi müəyyən beynəlxalq məsələlər, Fransanın dənizarxası əraziləri ilə münasibətlərində olan problemlər də daxil olmaqla, xarici siyasətindəki yanlış addımlara və uğursuzluqlara görə Azərbaycanı ittiham etməsinin şahidi oluruq.

Etnik təmizləmə və işğal siyasətinə baxmayaraq Fransanın dəstəyindən faydalanan Ermənistan Azərbaycana təzyiq göstərmək məqsədilə bu ölkədən istifadə edir. Təəssüf ki, Azərbaycanın Fransa ilə, daha geniş mənada, Avropa İttifaqı (Aİ) ilə münasibətləri Ermənistan-Azərbaycan mübahisələrinin girovuna çevrilib.

BMTM avropalı tərəfdaşları ilə əməkdaşlığın gücləndirilməsinə sadiq qalıb və ardıcıl qaydada ortaq maraq doğuran məsələlərin birgə müzakirəsinə çalışıb.

Bu səbəbdən, dialoq və insan haqlarının müdafiəsi platforması olduğunu iddia edən Civilnet tərəfindən dərc edilən yazı BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevə də ünvanlanmaq üzrə əsassız iddialar və şəxsi hücumlardan ibarətdir”,-deyə bəyanatda diqqətə çatdırılıb.

Müəllifin son məqalələri

25 Dekabr 2024 - 11:55

Fransada hökümətə etimadsızlıq votumu ilə əlaqədar dərinləşən siyasi böhranın səbəbləri və mümkün nəticələri

24 Dekabr 2024 - 15:39

BMTM-in Civilnet-də dərc olunan yazı ilə bağlı bəyanatı

24 Dekabr 2024 - 14:44

BMTM-də 2024-cü ilin yekunlarına həsr olunan mətbuat konfransı keçirilib