BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Fərid Şəfiyev

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

BMTM ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında Anlaşma Memorandumu imzalanıb

2019-09-13 00:00

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Strateji və Beynəlxalq Araşdırmalar üzrə Gürcüstan Fondu arasında anlaşma memorandumu imzalanıb.

Memorandumu Gürcüstanda səfərdə olan BMTM-in sədri Fərid Şəfiyev və Gürcüstan Fondunun direktoru Yekaterina Metreveli imzalayıblar. Anlaşma memorandumu iki beyin mərkəzi arasında ekspertlərin, araşdırmaların mübadiləsini, birgə araşdırmaların aparılmasını, birgə konfransların təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.

Müzakirələr zamanı BMTM-in sədri Fərid Şəfiyev rəhbərlik etdiyi mərkəz barədə məlumat verib, yeni yaranmış qurumun gələcək planları barədə danışıb. Bu baxımdan Gürcüstanla əlaqələrin və bu ölkənin beyin mərkəzləri ilə əlaqələrin xüsusilə vacib olduğunu bildirib.

Həmçinin müzakirələr zamanı Gürcüstanla Azərbaycan arasında əlaqələrin tarixi köklərindən və iki ölkə arasında əməkdaşlığın əhəmiyyətindən danışılıb. Bildirilib ki, hər iki ölkə çoxsaylı oyunçuların olduğu çətin regionda yerləşir və birgə araşdırmalı olan bir çox məsələlər var.

Gürcüstanda səfərdə olan BMTM sədri Fərid Şəfiyev iki gün ərzində bir sıra digər beyin mərkəzləri və ekspertlərin geniş dairəsi ilə görüşlər keçirir.

Müəllifin son məqalələri

13 Fevral 2024 - 13:03

Cənubi Qafqazda sülh

15 Noyabr 2023 - 16:32

Rusiyanın həyətindəki geosiyasi dəyişiklik xarici qüvvələrdən deyil, ölkələrin özlərindən asılıdır

15 May 2023 - 15:14

Ərazi bütövlüyünün eroziyası beynəlxalq təhlükəsizliyə təhdid kimi