BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Türkiyənin aparıcı media qurumlarının təmsilçiləri ilə görüş keçirilib

2025-07-18 11:20

18.07.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Türkiyənin aparıcı media qurumlarının təmsilçiləri ilə görüş keçirilib.

Türkiyə Mətbuat Federasiyasının Baş direktoru Sinan Burhanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Hürriyet, Kanal D, TürkMedya, Akşam, Haber7, Takvim, Kanal 24, Türkgün qəzeti, Millet Haber Ajansı, KonTV kimi aparıcı media qurumlarının təmsilçiləri daxil idi.

Görüşdə Azərbaycan-Türkiyə əməkdaşlığının yüksələn dinamikasına, bütün səviyyələrdə aparılan müntəzəm ikitərəfli və çoxtərəfli təmaslara, mövcud müttəfiqlik münasibətlərinin Cənubi Qafqaz və daha geniş regionda mühüm amil kimi çıxış etməsinə diqqət çəkilib.

Həmçinin, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Türkiyə media təmsilçilərini maraqlandıran suallar cavablandırılıb.

Müəllifin son məqalələri

13 Aprel 2026 - 17:17

Anakliya layihəsi ətrafında yeni dinamikalar

09 Aprel 2026 - 16:16

Ermənistanda gedən seçki mübarizəsinin mart ayı üçün təhlili

08 Aprel 2026 - 12:07

İran müharibəsinin ərəb dövlətlərinə sosial-iqtisadi təsirləri