BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Səudiyyə Ərəbistanından olan nümayəndə heyəti ilə görüş keçirilib

2024-01-17 10:18

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində "Cənubi Qafqaz - Yaxın Şərq regionu: Geosiyasət və əməkdaşlıq" mövzusunda Səudiyyə Ərəbistanından olan nümayəndə heyəti ilə görüş keçirilib.

APA xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ölkəmizin tarixi və regionda baş verən geosiyasi proseslər barədə qonaqları məlumatlandırıb.

O, Azərbaycanın həm qonşu ölkələrlə, həm də region ölkələri ilə əməkdaşlığa önəm verdiyini, bir sıra iqtisadi layihələrin həyata keçirilməsi üçün təşəbbüslər irəli sürüldüyünü diqqətə çatdırıb. Eyni zamanda Səudiyyə Ərəbistanının Azərbaycan-Ermənistan münasibətlərində ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.

https://apa.az/xarici-siyaset/bmtm-de-seudiyye-erebistanindan-olan-numayende-heyeti-ile-gorus-kecirilib-foto-812607

Müəllifin son məqalələri

05 Fevral 2025 - 14:21

“Erməni millətçi irredentizmi və Qarabağ müharibələri” adlı kitabın təqdimatı keçirilib

03 Fevral 2025 - 17:44

TƏHLİL-Almaniyada 23 fevralda baş tutacaq Bundestaq seçkilərinin mümkün nəticələri

03 Fevral 2025 - 11:58

Almaniyada 23 fevralda baş tutacaq Bundestaq seçkilərinin mümkün nəticələri