BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb

2024-11-15 13:05

Bakı İqlim və Sülh Fəaliyyəti Habı çərçivəsində beyin mərkəzlərinin işçi qrupu yaradılıb. Bu barədə 15 noyabr 2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və COP29 Sədrliyinin birgə təşkilatçılığı ilə "COP29 Düşüncədən əmələ: Bakı Habı ilə həll yollarının formalaşdırılması" mövzusundakı dəyirmi masada bildirilib. 

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd etdi ki, bu işçi qrup Bakı İqlim və Sülh Fəaliyyəti Habının analitik qolu kimi fəaliyyət göstərəcək. Almaniyanın Adelphi, Birləşmiş Ərəb Əmirliklərinin Anwar Gargash Diplomatik Akademiyası (AGDA), Misirin "Münaqişələrin həlli, sülhün qorunması və sülh quruculuğu (CCCPA), Birləşmiş Krallığın Xarici İnkişaf İnstitutu (Overseas Development Institue-ODI) və WEC Italy (World Energy Council) beyin mərkəzlərinin bir araya gəldiyi tədbirdə beyin mərkəzləri iqlim və sülh arasında qarşılıqlı əlaqə ilə bağlı Bakı çağırışına qoşulduqlarını bəyan etdilər.

Beyin mərkəzlərinin işçi qrupu Bakı Habı Katibliyinin koordinasiyası ilə fəaliyyət göstərəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, COP29 Sədrliyinin danışıqlar qrupunun müşaviri Elşad İskəndərov, BMTM-in İdarə Heyətinin sədri F. Şəfiyev, CCCPA -nın Baş direktoru Ahmed Abdel Latif, Adephi-dən iqlim diplomatiyası və təhlükəsizlik proqramının direktoru Janani Vivekananda, AGDA-dan Mustafa Bayoumi,WEC Italy-dən Komitə üzvü Paolo Storti, ODI-dən Rebecca Nadin çıxış edərək işçi qrupunun yaradılmasının vacib təşəbbüs olduğunu vurğuladılar və mövcud bazanın əsasında keyfiyyətə nəzarət və düzgün tənzimləmənin aparılacağını qeyd etdilər.

Qeyd edək ki, sözügedən qrup tematik hesabatların hazırlanması, araşdırma və analitik nəşrlərin hazırlanması ilə məşğul olacaq. Həmçinin, işçi qrup tələb olunduğu təqdirdə tövsiyə və praktiki təlimatlar təqdim etməli, Katiblik tərəfindən hazırlanan illik hesabatlar üçün məlumat bazası toplamalıdır.

Müəllifin son məqalələri

13 Dekabr 2024 - 16:39

BMTM və XİN-in birgə təşkilatçılığı ilə “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib

11 Dekabr 2024 - 12:27

ERMƏNİ MİLLƏTÇİ İRREDENTİZMİ VƏ QARABAĞ MÜHARİBƏLƏRİ

10 Dekabr 2024 - 15:35

“Azərbaycanla Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfrans keçirilib