BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Xocalı soyqırımı anır

2024-02-26 16:13

BMTM-in şöbə müdiri Vasif Hüseynovun Azərbaycan “Xocalı soyqırımı anır” başlıqlı məqaləsi Gürcüstanın  “Georgian News Agency”, İsveçin “Diplomatic World Sweden” və Latviyanın “Latvijas Avīze” nəşrlərində dərc olunub.

Müəllif bildirir ki, Azərbaycanın Qarabağ bölgəsinin işğalı və etnik təmizləməyə məruz qalması dəhşətli zorakılıq halları ilə müşayiət olunub. Ermənistan ordusu tərəfindən 1990-cı illərin əvvəllərində aparılmış etnik təmizləmə çoxsaylı humanitar faciələrə səbəb olub. Lakin onlar arasında ən dəhşətlisi 600-dən çox azərbaycanlının qətli ilə  baş verən 1992-ci ilin Xocalı soyqırımı oldu.

“2008-2018-ci illərdə Ermənistan Prezidenti olmuş Serj Sarkisyan etiraf etmişdi ki, Xocalıda kütləvi qətliam törətməkdə əsas məqsədləri digər azərbaycanlıları qorxutmaq və regionu tərk etməyə məcbur etmək idi. 1992-ci ildə Qarabağdakı separatçı rejimin komandiri olan Sarkisyan Britaniya jurnalisti Tomas de Vaala 2000-ci ilin dekabrındakı müsahibəsində bildirmişdi: “Xocalıdan əvvəl Azərbaycanlılar düşünürdülər ki, biz onlarla zarafat edirik. Onlar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməz. Biz bütün bunlara son qoymalı idik. Və bunlar baş verdi” ”.

V. Hüseynov qeyd edir ki, Azərbaycanın Qarabağ regionunun strateji əhəmiyyətli hissəsi olan və yeganə aeroportun yerləşdiyi Xocalının işğalı Ermənistanın ətraf rayonları ələ keçirmək planlarında vacib yer tuturdu.

“Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirləri Qarabağ regionundakı separatçı rejimə son qoydu və bu torpaqlara azadlığı bəxş etdi”, deyə müəllif xatırladır.

Sonda qeyd olunur ki, torpaqlarımızın işğaldan azad edilməsi ilə Ermənistan və Azərbaycan arasında sülhə heç olmadığı qədər yaxındır. Ermənistanın törətdiyi cinayətlərə görə məsuliyyətdən yayındığını diqqətə çatdıran V.Hüseynov onun regional sülh  və təhlükəsizliyə təhdid yaratdığını vurğulayıb. “Ermənistanın öz üzərinə məsuliyyəti götürərək müharibə cinayətlərinə düzəlişlər etməsinin zamanı gəlib. O zaman iki ölkə gələcəkdə sülhə nail ola  bilər”.

https://eng.ghn.ge/news/16602-azerbaijan-commemorates-the-khojaly-genocide

https://www.ghn.ge/news/308471-azerbaijanis-sagareo-politikis-ert-ert-mimartulebad-khojalos-genotsidis-saertashoriso-masshtabit-aghiarebaa

https://www.la.lv/azerbaidzana-piemin-hodzali-genocidu

Müəllifin son məqalələri

29 Oktyabr 2024 - 12:18

Çağırışlara baxmayaraq ölkələr Orta Dəhlizin genişləndirilməsinə çalışır

07 Oktyabr 2024 - 10:39

Zəngəzur dəhlizinin reallaşması dalana dirənərkən Orta Dəhlizin reallaşması sürətlənir

01 Oktyabr 2024 - 12:44

Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi