BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Xəzər dənizinin enerji xəritəsini necə dəyişdirdi

2021-04-28 11:21

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “Modern Diplomacy” saytında “Azərbaycan Xəzər dənizinin enerji xəritəsini necə dəyişdirdi” başlıqlı məqaləsi dərc olunub.

Müəllif qeyd edir ki, Sovet İttifaqının dağılmasından sonra xam neft və təbii qaz amili Xəzər regionunda vacib rol oynamağa başlayıb və karbohidrogenlərin satışından əldə edilən gəlirlər Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi Xəzər regionu ölkələri üçün mühüm iqtisadi artım mənbəyinə çevrilib. Şahmar Hacıyev əlavə edir ki, bu gün Xəzəryanı dövlətlər müxtəlif enerji bazarlarına neft və təbii qaz tədarük edirlər və onlar ixrac həcminin artırılmasında və ixrac yollarının şaxələndirilməsində olduqca maraqlıdırlar. "Enerji mənbələrini əsasən Çin və Rusiyaya tədarük edən Türkmənistan və Qazaxıstanla müqayisədə Azərbaycan enerji mənbələrini Avropaya və Transatlantik məkana ixrac etmək üçün mühüm enerji layihələrinin əsasını qoydu.  Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri və Cənub Qaz Dəhlizi (SGC) kimi meqa enerji layihələrini həyata keçirməklə ilk Xəzər neftinin və təbii qazının Qərb istiqamətində tədarükü üçün yol açdı və aydındır ki,  enerji layihələri Azərbaycanın həyata keçirdiyi uğurlu enerji siyasətinin nəticəsidir",- deyə müəllif bildirir. 

Qeyd olunur ki, Xəzər regionuna təsir edən digər tarixi hadisə isə Türkmənistanla Azərbaycan arasında yaxınlaşmadır. Müəllifin sözlərinə görə, Azərbaycan və Türkmənistan arasındakı “Dostluq"  yatağının birgə kəşfiyyatı haqqında Anlaşma Memorandumunun imzalanması, Xəzər dənizinin enerji xəritəsində müsbət dəyişikliklərə səbəb olacaq mühüm hadisədir.

Müəllif vurğulayır ki,  Azərbaycan mühüm enerji layihələrini həyata keçirməklə, Xəzər regionunda enerji əməkdaşlığı üçün bir  platforma yaradıb və bununla, Xəzər dənizinin enerji xəritəsini dəyişdirib: "Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsindən sonra bütün nəqliyyat və kommunikasiya əlaqələrini açmaqla tam regional iqtisadi inteqrasiya prosesini dəstəkləyir. Hazırda Xəzər bölgəsinin əhəmiyyəti daha da artıb və Azərbaycan Cənub Qaz Dəhlizi yolu ilə gələcəkdə Türkmənistandan və Aralıq dənizindən təbii qaz ixracı ideyasını dəstəkləyir. Bu cür əməkdaşlıq Cənub Qaz Dəhlizinin geostrateji əhəmiyyətini və Azərbaycanın tranzit ölkə rolunu daha da artıracaq". 

Daha ətraflı: 

https://moderndiplomacy.eu/2021/04/28/how-azerbaijan-changed-the-energy-map-of-the-caspian-sea/

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir