BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Esmira Cəfərova

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq

“Eurasia Review” portalında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın “Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə beynəlxalq əməkdaşlığın və çoxtərəfli diplomatiyanın Azərbaycanın 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrliyi dövründə söykəndiyi əsas meyarların olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın uğurlu sədrliyi nəticəsində bu il iyulun 13-14-də keçirilmiş nazirlər görüşü zamanı sədrlik müddəti daha bir il uzadılıb.

“Azərbaycan Cənubi Qafqaz regionunda Qoşulmama Hərəkatına üzv olmuş yeganə dövlətdir. Bundan əlavə, Cənubi Qafqazda Azərbaycan yeganə dövlətdir ki, çoxvektorlu və balanslı xarici siyasət kursu yeridərək hər hansı bir rəqib siyasi-hərbi qruplaşmaya üzv olmaq məqsədi güdmür. Qoşulmama Hərəkatında sədrliyə başladıqdan sonra Azərbaycan iki dəfə hərəkatın zirvə toplantısını çağırıb. Bundan əlavə, Azərbaycanın təşəbbüsü və Qoşulmama Hərəkatı üzvlərinin dəstəyi ilə 2020-ci il dekabrın əvvəlində BMT Baş Assambleyasının COVID-19-la bağlı 31-ci xüsusi sessiyası çağırılıb”, - deyə müəllif yazır.

Bildirilir ki, Qoşulmama Hərəkatı ilə Azərbaycan arasında yaranmış davamlı və etibarlı tərəfdaşlığın ən əsas təzahürlərindən biri də 44 günlük müharibə dövründə BMT Təhlükəsizlik Şurasında Fransa başda olmaqla ATƏT-in Minsk qrupunun üzvləri tərəfindən irəli sürülmüş və Azərbaycanın ərazi bütövlüyünün təsbit edildiyi dörd qətnamənin xatırladılmadığı qərəzli bəyanatın qəbul edilməsinin qarşısının alınması olub. Müəllif əlavə edir ki, Prezident İlham Əliyev daha sonra bu dəstəyə görə Qoşulmama Hərəkatı üzvlərinə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycanın da müxtəlif məsələlər üzrə hərəkat üzvlərinə dəstəyi danılmazdır: “Azərbaycanın Qoşulmama Hərəkatında uğurlu sədrliyi qarşılıqlı faydalı tərəfdaşlıq və ümumi dəyərlərə söykənir. Dünyanın qlobal təlatümlərə məruz qaldığı və birlik, effektiv çoxtərəfli diplomatiya və kollektiv səylərə ehtiyac duyduğu bir zamanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə əldə etdiyi uğurlar daha uzunmüddətli təsirlərə malik olacaq. Belə ki, Hərəkat özünü yenidən kəşf edib və dünya miqyaslı məsələlərdə daha güclü mövqe göstərmək bacarığının olduğunu nümayiş etdirib”.

Daha ətraflı: https://www.eurasiareview.com/09082021-the-enduring-partnership-between-azerbaijan-and-the-nam-oped/

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq