Son illər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması tərəfləri təxminən otuz il davam edən münaqişənin yekun həllinə yaxınlaşdırıb. 2021-ci ildən bəri ortaya çıxan yeni geosiyasi reallıqlar tərəflər arasında sülh sazişi üçün real əsas yaradıb. Bu kontekstdə sərhədlərin delimitasiyası üzrə danışıqlar, kommunikasiyaların bərpası və diplomatik münasibətlərin qurulması kimi qarşılıqlı addımlar gerçək irəliləyişi göstərir. Beləliklə, hazırkı an iki xalq arasında davamlı sülhün bərqərar olması üçün tarixi bir fürsətin yarandığını göstərir, bu isə bu da öz növbəsində təkcə siyasi nümayəndələrin məsuliyyətli davranışları deyil, eyni zamanda, həm də daha geniş anlamda, ictimaiyyət səviyyəsində konstruktiv və dinc yanaşmanı tələb edir. Uzunmüddətli regional sabitliyin təmin edilməsi həm iqtisadi inkişaf, həm də təhlükəsizlik baxımından bütün maraqlı tərəflər üçün strateji əhəmiyyət kəsb edir. Müvafiq olaraq, bu mərhələdə hər iki tərəfin əsas məqsədi hüquqi və institusional çərçivədə de-fakto sülhü möhkəmləndirmək və hərtərəfli sülh sazişinin imzalanması olmalıdır, deyə Bakı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Mərkəzi) şöbə müdiri Dr. Mətin Məmmədli yazır.
Lakin, bir sıra müsbət əlamətlərə baxmayaraq, müəyyən amillər sülh prosesinə mənfi təsir göstərməkdə davam edir. Xüsusilə, Ermənistanda revanşist qüvvələrin artan fəaliyyəti və əvvəlki münaqişə ilə əlaqəli ritorikaya qayıtma cəhdləri ciddi təhlükə yaradır. Bu dairələr mövcud reallıqları qəbul etmək istəmədiklərini nümayiş etdirir və cəmiyyətdə qeyri-real gözləntilər aşılamağa çalışırlar. İyun seçkiləri ərəfəsində əsas müxalifət qüvvələrinin siyasi platformalarının, onların ictimai bəyanatlarının və müəyyən xarici güc mərkəzləri ilə əlaqələrinin təhlili vəziyyətin son dərəcə mürəkkəb olduğunu göstərir. Həmçinin vurğulamaq lazımdır ki, revanşizm ideologiyası əvvəlki status-kvonun bərpasını regional inteqrasiyadan üstün tutur və bununla da həm regional sabitliyə, həm də Ermənistanın öz inkişaf perspektivlərinə təhlükə yaradır.
Bundan əlavə, bəzi Ermənistan rəsmilərinin son açıqlamaları Yerevanın rəsmi olaraq dəstəklədiyi sülh gündəliyi ilə ziddiyət təşkil edir. Bu tərz tutarsızlıqlar tərəflər arasında etimadı sarsıdır. Bu baxımdan, Ermənistan parlamentinin müxalifət üzvü Qarnik Danielyanın açıqlamaları xüsusilə diqqətəlayiqdir. O, hazırda Bakıda həbsdə olan və cinayətləri məhkəmə tərəfindən təsfiqlənən keçmiş qanunsuz separatçı rejimlə əlaqəli şəxslərin azadlığa buraxılmasına çağırış edib. Eyni zamanda, o, Azərbaycanın Qarabağ bölgəsində erməni irsini "məhv etmək" barədə əsassız ittihamlar irəli sürüb. Adı çıkilən şəxslır beynəlxalq hüquq normalarına və Azərbaycanın daxili qanunvericiliyinə uyğub olaraq cinayət məsuliyyətinə cəlb olunublar. Onların fəaliyyəti təkcə Azərbaycan qanunvericiliyinə deyil, eyni zamanda beynəlxalq humanitar hüquqa da ziddir. nəinki reallıqdan uzaqdır, həmçinin də hüquqi və siyasi əsaslandırılmaya da malik deyil. Bu şəxslərin fəaliyyəti tək Azərbaycan qanunvericiliyinə deyil, eyni zamanda beynəlxalq humanitar hüquqa da ziddir. Bu cür açıqlamalar öz növbəsində Ermənistanın Baş naziri N. Paşinyanın parlamentdəki siyasi rəqiblərinə dəfələrlə bildirdiyi kimi, Ermənistanın Qarabağ hərəkatının ləğvinə duğru yönəlmiş xarici siyasət kursuns ziddir. 1
Ermənistan rəsmilərinin müəyyən qeyri-konstruktiv açıqlamalarına rəğmən, Azərbaycan hökuməti hazırda praqmatik və təmkinli mövqe nümayiş etdirməyə davam edir. Bu yanaşma ilk növbədə sülh prosesini qorumağa və regionda münaqişənin daha da gərginləşmənin qarşısını almağa yönəlib. Bununla belə Azərbaycanın Ermənistana qarşı bir dövlət olaraq, eləcə də ayrı-ayrı Ermənistan siyasi və hərbi liderlərinə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmaq üçün kifayət qədər hüquqi, siyasi və mənəvi əsasları var. Bu hüquqi reallığı Ermənistanın əvvəllər işğal olunmuş Azərbaycan ərazilərində törədilmiş müharibə cinayətləri və digər qanun pozuntuları da daxil olmaqla ağır cinayətlərdə ittiham olunan və məhkum edilmiş şəxslər vasitəsilə dövlət kimi məsuliyyət daşıması kimi xarakterizə etmək olar. İşğal zamanı Azərbaycan ərazilərində genişmiqyaslı dağıntıların baş verdiyi, maddi və mədəni sərvətlərin talan edildiyi və Azərbaycan əhalisinin etnik təmizləməyə məruz qaldığı məlumdur. Bu faktlar müxtəlif beynəlxalq təşkilatların və beynəlxalq hüquq üzrə ixtisaslaşmış ekspert qruplarının hesabatlarında öz əksini tapıb 2. Şübhəsiz ki, bu cür hərəkətlər beynəlxalq hüququn ciddi pozuntularıdır və haqlı olaraq müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi təsnif edilir. Artıq qeyd edildiyi kimi, hazırda Bakıda həbsdə olan qanunsuz separatçı rejimin keçmiş nümayəndələri bu cinayətlərdə iştirak etdiklərinə görə xüsusi olaraq məsuliyyətə cəlb ediliblər. Buna görə də, onların azadlığa buraxılması çağırışları fundamental hüquqi prinsiplərə ziddir və siyasi manipulyativ xarakter daşıyır.
Azərbaycan cəmiyyətində bu cinayətlərin miqyasına baxmayaraq, Ermənistanın niyə məsuliyyətə cəlb edilmədiyi və niyə daha sərt hüquqi tədbirlər görülmədiyi ilə bağlı haqlı suallar yaranır. Bu narahatlıqlar ədalət hissi və tarixi yaddaşdan irəli gəlir. Lakin dövlətin yanaşmasına daha geniş strateji kontekstdə baxılmalıdır. Azərbaycan rəhbərliyi uzunmüddətli sülhün yalnız hüquqi tədbirlərlə əldə edilə bilməyəcəyini qəbul edir, bunun üçün həm də davamlı siyasi dialoq və qarşılıqlı etimadın tədricən gücləndirilməsi tələb olunduğunu qeyd edir. Eyni zamanda, Azərbaycanın təmkininin də öz hədləri var. Ermənistan hakimiyyəti müxalifətin əsassız və qeyri-konstruktiv ritorikasını effektiv şəkildə yatıra bilməsə, sülh prosesi ciddi şəkildə pozulacaq. Belə bir halda, Azərbaycan daha qətiyyətli hüquqi və siyasi tədbirlər görməyə məcbur ola bilər. Onu da qeyd etmək lazımdır ki, hazırda Ermənistanda seçki kampaniyası da daxil olmaqla, mühüm daxili siyasi proseslər baş verir. Nəticə etibarilə, bəzi bəyanatlar müəyyən daxili auditoriyaya yönəlmiş populist ritorika kimi qəbul edilə bilər. Lakin, daxili siyasi mənfəət naminə sülh prosesini təhlükəyə atmaq irrasionaldır və nəticədə uzunmüddətli perspektivdə Ermənistana və onun milli maraqlarına zərər verə bilər.
Ermənistan rəhbərliyinin beynəlxalq hüquq institutlarının və xarici güc mərkəzlərinin köməyi ilə "qayıdış konsepsiyası"nı dəstəkləməsi sülh danışıqlarında və seçkidən sonrakı dövrdə regional sabitliyin qorunmasında mühüm rol oynayacaq. Bu yanaşma İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktda, Qaçqınların Statusu ilə Bağlı Konvensiyada və digər mühüm beynəlxalq sənədlərdə təsbit olunmuş qayıdış prinsipinə əsaslanır. Qayıdış prosesi Qərbi Azərbaycanlıların məskunlaşma modelini etnik təmizləmədən əvvəlki modelə qaytarmalıdır. Bu prinsipdən hər hansı bir sapma yalnız müvafiq şəxslərin iradə və razılığının sərbəst ifadəsi yolu ilə baş verə bilər. Müasir Ermənistan ərazisindən qovulmuş bütün Azərbaycanlılar və onların nəsilləri öz vətənlərinə qayıtmaq hüququna malikdirlər.
Xülasə, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurlu nəticəsi əsasən hər iki tərəfin məsuliyyətli davranışından və konstruktiv yanaşmasından asılıdır. Bu tarixi fürsətdən istifadə edilməməsi regionda yeni təhlükəsizlik risklərinin yaranmasına səbəb ola bilər. Yanlış və əsassız ritorika Ermənistandakı bəzi siyasətçilərə qısamüddətli siyasi qazanc gətirə bilsə də, regionda davamlı və davamlı sülhə nail olmaq üçün ciddi təhlükə yaradır. Bu kontekstdə Ermənistan siyasi elitası sülh gündəliyinə tam uyğun olan daha balanslı və məsuliyyətli mövqe tutmalıdır.
[1] https://oc-media.org/pashinyan-confirms-firing-genocide-memorial-head-for-giving-vance-book-on-nagorno-karabakh-conflict/
[2] Letter to UNSG on war crimes report A-74-676 Eng.pdf


