BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli əlaqələri inkişaf etdirir

2024-01-17 16:24

BMTM-in baş mütəxəssisi Şahmar Hacıyevin  “Eurasia Review” “Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri ikitərəfli əlaqələri inkişaf etdirir” başlıqlı məqaləsi dərc olunub. Məqalədə müəllif yazır ki, dünyada davam edən böhran ənənəvi dünya geosiyasətini dəyişib, ona görə də dövlətlər müxtəlif regionlarda öz maraqlarını qorumaq və xarici siyasət kursunu həyata keçirmək üçün etibarlı tərəfdaşlar axtarırlar. Bildirilir ki, Azərbaycan və BƏƏ arasında artan enerji tərəfdaşlığı ikitərəfli iqtisadi əlaqələri daha da artırır. “Azərbaycan Xəzər regionunda təbii sərvətlərlə zəngin ölkə olaraq, bir çox dövlətlər üçün etibarlı enerji tərəfdaşı kimi özünü sübut edib. Bakı qlobal enerji bazarlarını Xəzər regionu ilə birləşdirən müxtəlif regionlararası enerji layihələrini uğurla həyata keçirmişdir. Baxmayaraq ki, həm Azərbaycan, həm də BƏƏ təbii resurslarla  zəngin ölkələrdir və onların enerji tələbatı məhz neft və təbii qazla qarşılanır, lakin Bakı və Əbu-Dabi davamlı inkişafa, o cümlədən dekarbonizasiya və bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviqinə xüsusi diqqət yetirirlər”,- deyə məqalədə qeyd olunur.

Müəllif əlavə edir ki, tərəflər arasında əməkdaşlıq sahələri göstərir ki, BƏƏ Cənubi Qafqazda Azərbaycanın təşəbbüslərini dəstəkləyir və Azərbaycan BƏƏ-nin Xəzər regionunda iqtisadi maraqlarını genişləndirmək üçün ideal tərəfdaşdır: “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Cənubi Qafqazdan Avropaya uzanan “Yaşıl Enerji Dəhlizi”ni dəstəklədiyini nəzərə alsaq, bu amil, BƏƏ şirkətlərinin Azərbaycanda bərpa olunan enerjiyə sərmayə qoyması üçün cəlbedici mühit yaradır. Nəhayət, Dubaydan sonra BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsini nəzərə alaraq, BƏƏ öz dəyərli təcrübəsini Azərbaycanla bölüşə bilər”.

Daha ətraflı:

https://www.eurasiareview.com/16012024-azerbaijan-and-the-united-arab-emirates-are-fostering-bilateral-ties-oped/

Müəllifin son məqalələri

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir

26 Fevral 2024 - 16:27

Azərbaycan COP29-a ev sahibliyi etməklə yaşıl enerjiyə keçidi sürətləndirir