BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan-Türkiyə münasibətlərində yeni dönəmin hədəfləri

2024-03-01 17:54

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin “Yeni Şafak” nəşrində “Azərbaycan-Türkiyə münasibətlərində yeni dönəmin hədəfləri”  başlıqlı məqaləsi dərc edilib.

İki ölkə arasında qardaşlıq münasibətlərinə toxunan müəllif İlham Əliyevin prezident seçildikdən sonra ilk rəsmi səfərinin Türkiyəyə edilməsinin mövcud əməkdaşlığı daha da gücləndirəcəyini bildirir.

Cavid Vəliyev tərəflər arasında imzalanmış 3 mühüm razılaşmaya diqqət çəkir. Bunlardan birincisi, Türkiyə-Azərbaycan Universitetinin yaradılması barədə Anlaşma Memorandumu, ikincisi, baytarlıq sahəsində əməkdaşlıq barədə Saziş, üçüncüsü isə gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlərdir.

Cavid Vəliyev bildirir ki, birgə mətbuat konfransı zamanı prezidentlər tərəfindən səsləndirilən mesajlar əslində yeni dönəmin başlanğıcından xəbər verir.

Ortaq universitetin gələcək nəsillərin tərbiyəsindəki müsbət rolunu vurğulayan müəllif, həm də bu təşəbbüsün yeni nəsil alimlərin yetişməsinə, bunun da bilavastilə Azərbaycan və Türkiyə arasında elm sahəsində uğurlu əməkdaşlığa töhfə verəcəyini diqqətə çatdırır.

BMTM-in şöbə müdiri bildirir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi də ikitərəfli gündəliyin əsas mövzularından biri olaraq qalmaqda davam edəcək.

“Fevralın 12-də Ermənistan ordusu atəşkəsi pozaraq Azərbaycan əsgərini yaraladı. Bu, normallaşma prosesinə ciddi zərbə vurdu. Prezident Ərdoğanın bəyan etdiyi kimi, Ermənistan uzunmüddətli strateji düşüncəyə əsaslanaraq sülh müqaviləsini imzalamalıdır. Burda Prezident Ərdoğan üçüncü tərəflərə, xüsusən də sülh prosesinə zərbə vuran Fransaya mesaj ötürdü ki, onlar prosesə müsbət töhfə versinlər,” deyə müəllif əlavə edir.

C. Vəliyevin sözlərinə görə, Türk Dövlətləri Təşkilatının institusionallaşması və güclənməsi iki müttəfiq ölkə arasında yeni dönəmdəki əsas hədəflərdən biridir. Belə ki, seçkilərdən sonra Prezident İlham Əliyev TDT-nin gücləndirilməsi və qurum çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinin yeni dönəmdə əsas xarici siyasət hədəfi olacağını bildirmişdir.

“Bu mənada, TDT-nin gücləndirilməsi təşkilatın hər üzv dövlət dövlətinin güclənməsinə yol açacaq”.

Son olaraq, müəllif qeyd edir ki, bəzi dövlətlər Qarabağ müharibəsindən sonrakı geosiyasi reallıqları qəbul etməməklə israrlı davranacaqlar. Bu səbəbdən, Prezident İlham Əliyevin sonuncu səfəri yeni dönəmin hədəflərinin müəyyənləşdirilməsində mühüm rol oynayacaq. Təhsil, iqtisadiyyat, müdafiə sənayesi, enerji və nəqliyyat sahəsində layihələrdən savayı, Türk Dövlətləri Təşkilatının qlobal çəkisinin artırılması da yüksək prioritetli məsələlərdən olacaq.

https://www.yenisafak.com/dusunce-gunlugu/azerbaycan-turkiye-iliskilerinde-yeni-donemin-hedefleri-4605957

Müəllifin son məqalələri

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

17 May 2024 - 15:41

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər

14 May 2024 - 17:17

Azərbaycan-Slovakiya tərəfdaşlığı nə vəd edir?