BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan təbii qazı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər

2021-02-21 10:21

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərovanın və Mərkəzin aparıcı məsləhətçisi Şahmar Hacıyevin ABŞ-ın “The National Interest ” saytında “Azərbaycan təbii qazı Avropanın bərpa olunan enerjiyə keçməsinə kömək edə bilər” başlıqlı məqaləsi dərc olunub.

Müəlliflər yazıda qeyd edir ki, hazırda Avropanı narahat edən ən böyük problemlərdən biri enerji təhlükəsizliyi məsələsidir və Avropa enerji istehlakçılarının üzləşdiyi problemlərin həll yollarıdır. Bildirilir ki, təbii qaz vacib enerji mənbəyidir və Aİ-yə üzv dövlətlərinin çoxu təbii qaz idxalından asılıdırlar: “Qeyd etmək lazımdır ki, təbii qaz daha təmiz bir "keçid yanacağı" hesab edilə bilər. Belə ki, təbii qaz kömürdən daha az karbon qazı emissiyası ehtiva edir”.

Qeyd olunur ki, enerji keçid dövründə ölkələr təkcə bir neçə enerji mənbəyinə güvənə bilməz, əksinə onlar enerji təchizatı növlərini və mənbələrini şaxələndirməlidirlər. Müəlliflər vurğulayır ki, bu səbəbdən yaxın gələcəkdə Aİ-nin enerji təhcizatında təbii qazın payı “Green Deal” hədəfləri sayəsində daha yüksək olacaq.

Bildirilir ki, Covid-19 pandemiyası bir çox sahələrə təsir edib və bir çox layihələrin və iqtisadi təşəbbüslərin dayanmasına baxmayaraq, Cənub Qaz Dəhlizi ilə bağlı işlərin sonadək uğurla yekunlaşdırılması əlamətdar hadisədir: “2021-ci ildə Azərbaycan Gürcüstana 1 milyard kubmetr, Türkiyəyə ən azı 8 milyard kubmetr, Avropaya isə 5 milyard kubmetrdən çox təbii qaz ixrac etməyi planlaşdırır. 2023-cü ilə qədər həm TANAP, həm də TAP tam gücü ilə istifadəyə veriləcək”.

Müəlliflər qeyd edir ki, Cənub Qaz Dəhlizi Trans-Xəzər Boru Kəməri ilə Orta Asiyadan, xüsusilə Türkmənistandan gələn digər qaz mənbələri üçün bir pəncərə açır. Dəhlizin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq və siyasi iradə  sayəsində mümkün olub.

Daha ətraflı: https://nationalinterest.org/blog/buzz/azerbaijani-natural-gas-can-help-europe-transition-renewable-energy-178499

Müəllifin son məqalələri

08 Noyabr 2021 - 16:06

İlin icmalı: Azərbaycan Zəfər Gününü qeyd edir

26 Avqust 2021 - 13:30

Yeni regional çağırışlar Ümumi Qafqaz evinin (Pax-Caucasia) yaradılması perspektivlərini sual altına ala bilər

10 Avqust 2021 - 13:30

Azərbaycan və Qoşulmama Hərəkatı arasında davamlı tərəfdaşlıq