BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan-Slovakiya münasibətləri Baş nazir Fikonun səfərindən sonra yeni mərhələdə

2024-05-13 11:23

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan-Slovakiya münasibətləri Baş nazir Fikonun səfərindən sonra yeni mərhələdə” sərlövhəli məqaləsi commonspace.eu saytında dərc edilib.

Məqalədə bildirilir ki, Azərbaycan və Avropa İttifaqına üzv dövlətlər arasında diplomatik trafik son iki ildə intensivləşib. Azərbaycanın alternativ enerji təchizatçısı kimi əhəmiyyəti və Avropa-Asiya bağlılığının vacib həlqəsini təşkil etməsi ölkəyə marağı daha da artırıb.

“Mayın ilk 10 günü ərzində, Slovakiya və Bolqarıstandan olmaqda, iki Avropa lideri Bakıda oldular. Səfərlər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı vacib razılaşmalar imzalandı”.

Slovakiya Baş naziri Robert Fikonun siyasi karyerasında ilk dəfə Azərbaycana səfər etdiyini deyən V. Hüseynov bununla da ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu bildirir.

“Slovakiya Azərbaycanın "Strateji Tərəfdaşlıq barədə Bəyannamə" imzaladığı 10-cu dövlət oldu. Azərbaycan daha əvvəl Rumıniya ilə (2011), Xorvatiya ilə (2013), İtaliya ilə (2014), Macarıstanla (2014), Çex Respublikası ilə (2015), Bolqarıstanla (2015), Polşa ilə (2017), Latviya ilə (2017) və Litva ilə (2017) strateji tərəfdaşlığa nail olmuşdu. Bu, Avropa İttifaqı ölkələrinin 1/3-ni təşkil edir və tərəflər arasında münasibətlərin inkişafı üçün yaxşı zəmin formalaşdırır. Dərin ikitərəfli əlaqələr və beynəlxalq münasibətlərdəki vacib məsələlərə münasibətdə ortaq mövqe “Azərbaycan Respublikası və Slovakiya Respublikası arasında Strateji Tərəfdaşlığın yaradılması ilə bağlı Birgə Bəyannamə”nin imzalanması üçün əsas yaratmışdır".

V. Hüseynov qeyd edir ki, iki ölkə arasındakı münasibətlərin bu səviyyəsi 3 xüsusi sahədə özünü göstərir: müdafiə sənayesi sahəsində birgə istehsalın yaradılması; enerji sektoru sahəsində əməkdaşlıq; həmçinin azad edilmiş torpaqların bərpasına Slovakiya şirkətlərinin cəlb edilməsi.

Məqalədə bildirilir ki, Baş nazir Robert Fiko azad edilmiş torpaqların bərpasında iştirakın Slovakiya tərəfindən təklif edildiyini  və ölkəsinə məxsus şirkətlərin bu işdə maraqlı olduqlarını bəyan etdi.

“Ağdam rayonunun Qərvənd kəndinin bərpası ilə bağlı razılıq əldə edildi. Bu sahədə əməkdaşlığın ikitərəfli münasibətlər üçün rəmzi əhəmiyyəti var, çünki bu, Slovakiyanın Azərbaycanın ərazi bütövlüyünə və işğal dövründə Ermənistan tərəfindən yerlə-yeksan edilmiş geniş ərazilərin bərpasına Slovakiyanın dəstəyinin göstəricisidir”.

Bakıda keçirilən Slovakiya-Azərbaycan biznes-forumuna diqqət çəkən V. Hüseynov qeyd edir ki, iki ölkə lideri mövcud ticarət dövriyyəsinin potensialı əks etdirmədiyi və bu rəqəmin artırılması ilə bağlı müxtəlif təşəbbüslərin irəli sürülməsinin vacibliyini vurğulayıblar.

Sonda müəllif bildirir ki, aprelin 28-də Prezident İlham Əliyevin Berlin səfəri, mayın 7-də Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana səfəri, eləcə də Slovakiya Baş naziri ilə görüş zamanı səsləndirilən mesajlar onu deməyə əsas verir ki, Azərbaycan Aİ ilə əməkdaşlığı intensivləşdirir.

“Bu gün Aİ və Azərbaycan arasında daha sıx əlaqələri zəruri edən çoxsaylı iqtisadi və geosiyasi maraqlar mövcuddur”.

*Aşağıdakı link vasitəsilə məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://www.commonspace.eu/opinion/opinion-relations-between-azerbaijan-and-slovakia-reach-new-heights-after-ficos-visit-baku

Müəllifin son məqalələri

29 Oktyabr 2024 - 12:18

Çağırışlara baxmayaraq ölkələr Orta Dəhlizin genişləndirilməsinə çalışır

07 Oktyabr 2024 - 10:39

Zəngəzur dəhlizinin reallaşması dalana dirənərkən Orta Dəhlizin reallaşması sürətlənir

01 Oktyabr 2024 - 12:44

Hindistan: Ermənistanın Azərbaycana qarşı yeni müttəfiqi