BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Qərbdən uzaqlaşmır

2024-02-20 15:25

“Bakının rəqib dünya gücləri arasında incə balansı qorumaqla yanaşı, öz milli maraqlarını təmin etməsi və ərazi bütövlüyünü bərpa etməsi beynəlxalq münasibətlərin öyrənilməsi sahəsində maraqlı məqamdır”.

Bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Vasif Hüseynovun “commonspace.eu” saytında “Azərbaycan Qərbdən uzaqlaşmır” sərlövhəli məqaləsində bildirilir.

Onun sözlərinə görə, ekspertlərin çoxu hələ də Azərbaycan hökumətinin separatçı rejimi məhz onun himayədarı olan Rusiya ilə toqquşmadan necə tərksilah edə bilməsi barədə debatlar aparır.

Müəllif bildirir ki, 2023-cü ilin noyabrında Avropa şəhərlərindən birində elə özünün iştirak etdiyi beynəlxalq konfransda erməni ekspertlər Azərbaycan və Qərb gücləri (Avropa İttifaqı və ABŞ) arasında əməkdaşlığı tənqid edərək bunun Rusiyanın bölgədəki təsirini azaltmağa istiqamətləndiyi barədə fikir yürüdüblər.

“Maraqlıdır ki, bu ekspertlərin bəziləri indi bildirirlər ki, Bakının məqsədi Moskva ilə birləşərək Ermənistanın qərbyönümlü hökumətini cəzalandırmaq olub. Bu vəziyyət Azərbaycan xarici siyasətinin kompleks xarakterini önə plana gətirir. Bu isə onun yanlış şərh olunmasına səbəb ola bilər. Azərbaycanın Münxen Təhlükəsizlik Konfransında (16-18 fevral) fəal iştirakı, Prezident İlham Əliyevin Qərb ölkə və institutlarının təmsilçiləri ilə görüşləri Bakının çoxtərəfli xarici siyasətinə davamlı sadiqliyini, həm də onun Qərblə münasibətlərə əhəmiyyət verməsini vurğulayır,” deyə Vasif Hüseynov diqqətə çatdırıb.

O, həmçinin qeyd edir ki, Prezident İlham Əliyevin konfrans çərçivəsində keçirdiyi görüşlər Azərbaycan və Qərb münasibətlərində xüsusilə əhəmiyyətlidir.  

Almaniya kansleri Olaf Şoltsun dəstəyi ilə Ermənistan və Azərbaycan liderlərinin bir araya gəlməsindən danışan müəllif bildirir ki, görüş həm də Avropa İttifaqının Ermənistandakı missiyasının narahatlıq doğuran fəaliyyəti barədə qarşı tərəfə fikir ötürülməsi üçün yaxşı imkan oldu.

Vasif Hüseynovun fikrincə, Şoltsun iştirakı ilə keçirilən üçtərəfli, eləcə də Prezident İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında keçirilən ikitərəfli görüşlər Cənubi Qafqazın iki ölkəsi arasında gərginliyin azaldılması və sülh gündəliyinin yenidən canlanması baxımından əhəmiyyətlidir.

Sonda müəllif qeyd edir ki, ümumi olaraq səsləndirilən müsbət mesajlar sülh müqaviləsi qarşısında duran maneələrin diplomatik qaydada həllinin mümkün olduğunu deməyə əsas verir.

https://www.commonspace.eu/opinion/opinion-azerbaijan-not-de-coupling-west

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir