BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: Tarixə baxış və gələcək imkanlar" mövzusunda dəyirmi masa müzakirələri keçirilib

2025-04-22 13:18

22.04.2025-ci il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) tanınmış videobloger Albert İsakovun iştirakı ilə "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması: Tarixə baxış və gələcək imkanlar" mövzusunda dəyirmi masa müzakirələri keçirilib.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev normallaşma prosesindəki çətinliklər və perspektivlər barədə çıxış etdi.

BMTM sədri bildirdi ki, Ermənistan və bəzi Qərb dairələri Azərbaycan-Ermənistan münaqişəsinin tarixini Sumqayıt hadisələri ilə əlaqələndirmək və fərqli narrativlər irəli sürməyə çalışsalar da, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam şəhərinin işğalı ilə bağlı “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında çıxışı zamanı səsləndirdiyi fikirlər əsl həqiqəti ortaya qoyur.

F.Şəfiyev, həmçinin üçüncü qüvvələrin Cənubi Qafqaz regionuna müdaxiləsinin  sülh qarşısındakı əsas maneələrdən biri olduğunu əlavə edib.

Daha sonra çıxış edən əslən Azərbaycandan olan, hazırda Kanadada yaşayan videobloger Albert İsakov Azərbaycan və Ermənistan arasında münaqişənin baş vermə səbəbləri və informasiya məkanındakı tendensiyalar barədə fikirlərini bölüşdü. O, 44 günlük müharibə zamanı Ermənistanın manipulyativ, təhrif olunmuş məlumatlar yaydığını və erməni ictimaiyyətinin yanlış təbliğatın qurbanı olduğunu qeyd etdi.

“Keçmişi tam unudaraq gələcəyə baxmaq mümkün deyil. Sülh və gələcək haqqında danışırıqsa, keçmişdə baş verənləri görməzdən gələ, onlara mücərrəd hadisələr kimi yanaşa bilmərik”,-deyə A. İsakov bildirdi.

Ermənistan ictimai-siyasi həyatında zaman-zaman baş qaldıran revanşist təşəbbüslər, mitinqlər barədə danışan A. İsakov rəsmi İrəvanın bu istiqamətdə daha sərt addımlar atmalı olduğunu əlavə etdi:

“Azəbaycan haqqında təhrif olunmuş fikirləri yaymaq niyyəti daşıyanlara demokratiya pərdəsi altında şərait yaradılmamalıdır”.

Dəyirmi masa sual-cavab sessiyası ilə davam etdi.

Qeyd edək ki, bu ilin yanvarında Albert İsakov Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü il iyulun 23-də Azərbaycanın Ağdam şəhərinin işğalı ilə bağlı “Yerkrapa” terror təşkilatının üzvləri qarşısında çıxışının videoyazısını yayıb. Çıxışı zamanı Petrosyan “Ermənistanı başqa millətlərdən təmizləmək”dən fəxr hissi keçirir və etiraf edir ki, Ermənistanda və Qarabağdakı azərbaycanlıların öz yurdlarından didərgin salınması erməni millətçilərinin siyasətinin əsas hissəsini təşkil edirdi.

Müəllifin son məqalələri

14 May 2025 - 19:55

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyevin Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin genişləndirilmiş iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusundakı müzakirələrdə çıxışı

06 May 2025 - 17:46

BMTM və İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) arasında Anlaşma Memoandumu imzalanıb

23 Dekabr 2023 - 15:33

BMTM və INASS arasında Anlaşma Memorandumu imzalanıb