BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Cavid Vəliyev

Email: javid.valiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər

2024-05-17 15:41

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər” başlıqlı məqaləsi Anadolu Agentliyində dərc edilib.

Məqalədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşünün təfərrüatları ilə bağlı ətraflı məlumat verilir. Qeyd edilir ki, görüşdən sonra verilən açıqlamada bəzi məsələlər üzrə fikir ayrılıqlarının davam etməsinə baxmayaraq, ümumilikdə, müzakirələrin müsbət atmosferdə keçdiyi vurğulanıb.

“Burda diqqətçəkən məqamlardan biri tərəflərin öncədən razılaşdırılmış mətni açıqlaması oldu. Azərbaycan Xarici İşlər Nazirliyi keçirdiyi mətbuat konfransında görüşlərin üçüncü tərəflərin vasitəçiliyi olmadan, ikitərəfli formatda və sülh mətninin gələcəkdə dövlətlərin ərazi bütövlüyü, suverenliyi, daxili işlərinə müdaxilənin yolverilməzliyi prinsipləri əsasında qurulmasının vacibliyini önə çəkdi.  Rəsmi Bakı gələcəkdə Ermənistanda hakimiyyətə gələ biləcək yeni iqtidarların razılaşmanı fərqli şəkildə şərh edərək Azərbaycana qarşı yeni ərazi iddialarını gündəmə gətirməməsi üçün bu tələbləri irəli sürür”.

Məqalədə Azərbaycanla normallaşma prosesinə etiraz edən erməni revanşistlərin aksiyalarına da diqqət çəkilir.

“Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bu nümayişləri parlamentdə olan və olmayan siyasi müxalifət partiyaları da dəstəklədi. Parlamentdəki müxalifət partiyaları Baş nazirin vəzifəsindən uzaqlaşdırılması prosesini başlatdıqlarını elan etdilər. Müxalifət bu qərarı vermək üçün ümumilikdə 107 millət vəkili olan Ermənistan parlamentinin 36 üzvünün dəstəyini qazanmalı idi. Lakin müxalifət partiyalarının ümumilikdə 35 millət vəkili var. Yəni müxalifət partiyaları prosesi başlatmaq üçün yetərsayı əldə edə bilmirlər".

Yekunda müəllif bildirir ki, üçüncü ölkələrin müdaxiləsi olmadan ikili formatda görüşlərin, sərhədlərin müəyyənləşdirilməsi prosesinin davam etdirilməsi və erməni müxalifətinin geniş kütlələrdən dəstək ala bilməməsini sülh razılaşmasının gələcəyi nöqteyi-nəzərindən ümidverici hesab etmək olar.

* Aşağıdakı linkə keçid edərək məqalə ilə ətraflı tanış olmaq mümkündür:

https://www.aa.com.tr/tr/analiz/gorus-azerbaycan-ermenistan-gorusmeleri-dogrudan-iletisim-barisi-getirebilir/3222312

Müəllifin son məqalələri

19 Sentyabr 2024 - 16:34

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

21 May 2024 - 17:14

Fransa Yeni Kaledoniyadakı hadisələrə görə məsuliyyəti niyə Azərbaycanın üzərinə atır?

17 May 2024 - 15:41

Azərbaycan-Ermənistan görüşləri: Birbaşa təmaslar sülhü gətirə bilər