BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan COP29 iqlim sammitinə ev sahibliyi etməyə hazırlaşır

2024-02-23 14:57

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyevin “EU reporter” nəşrində “Azərbaycan COP29 iqlim sammitinə ev sahibliyi etməyə hazırlaşır” başlıqlı məqaləsi dərc olunub.

Müəllif qeyd edir ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ölkəmizin ətraf mühitin qorunması və iqlim fəaliyyətinə sadiqliyini nümayiş etdirir.

Onun sözlərinə görə, beynəlxalq tədbirlərə ev sahibliyi etmək və regionlararası enerji və bağlılıq layihələrinə dəstək Azərbaycan iqtisadi inkişaf və regional əməkdaşlıq konsepsiyasının əsas elementinə çevirilb. Azərbaycan paytaxtının cari ilin 11-22 noyabr tarixlərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cü sessiyasına ev sahibliyi edəcəyi deyən Şahmar Hacıyev qeyd edir ki, genişmiqyaslı tədbir karbon emissiyalarının azaldılması, həssas dövlətlərə maddi və texniki dəstəyin təmin edilməsi, həmçinin Paris öhdəliklərinin icrasına yönəlik beynəlxalq əməkdaşlığın təşviqi baxımından vacib platforma olacaq.

Müəllif qeyd edir ki, əlavə olaraq Bakı COP 29-un gündəliyinə müharibə və mina təhdidlərindən qaynaqlanan ətraf mühit risklərini sala bilər.

“COP29 Azərbaycan üçün bərpaolunan enerji mənbələrinin iqtisadiyyatda daha geniş tətbiqi, eləcə də yaşıl keçidin sürətləndirilməsi baxımından  mühüm imkan olacaq”, deyə Şahmar Hacıyev vurğulayıb.

https://www.eureporter.co/environment/2024/02/23/azerbaijan-prepares-to-host-cop29-climate-summit/

*Məqalənin alban və ispan dillərinə tərcüməsi ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiz:

https://ata.gov.al/2024/02/26/azerbajxhani-pergatitet-te-prese-samitin-e-klimes-cop29/

https://lacity.com.ar/2024/03/03/azerbaiyan-se-prepara-para-celebrar-cumbre-del-clima-cop29/

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir