BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan COP29-a ev sahibliyi etməklə yaşıl enerjiyə keçidi sürətləndirir

2024-02-26 16:27

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin “news.az” saytında “Azərbaycan COP29-a ev sahibliyi etməklə yaşıl enerjiyə keçidi sürətləndirir” başlıqlı məqaləsi dərc olunub.

Şahmar Hacıyev qeyd edir ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkənin ətraf mühitin mühafizəsi və iqlim fəaliyyətlərinə sadiq olduğunu nümayiş etdirir.

Onun sözlərinə görə, Azərbaycan özünü etibarlı enerji tərəfdaşı və qlobal istiləşməyə qarşı mübarizədə beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü olaraq sübut edib.

“Neft-qaz ehtiyatları ilə zəngin olmasına və enerji təminatını əsasən bu mənbələr hesabına təmin etməsinə baxmayaraq, Azərbaycan dayanıqlı enerji gələcəyini və “yaşıl iqtisadiyyatı” dəstəkləyir. Bu məqsədlə, Azərbaycan artıq “yaşıl enerji”yə keçid prosesini başladıb. İqlim dəyişikliyi ilə bağlı Paris sazişinin imzalanmasından sonra ölkə istixana qazlarının həcmini 2030-cu ilə qədər 35%, 2050-ci ilə qədər 40% azaltmağı hədəfləyir. Həmçinin, bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi Azərbaycanın təmiz enerji strategiyasının əsas hissəsinə çevrilib. Bu potensial təbii qazı ixrac üçün saxlamağa imkan verəcək,”-deyə Şahmar Hacıyev bildirib.

Sonda müəllif qeyd edir ki, COP29 infrastrukturun, rəqəmsal texnologiyanın və turizmin inkişafına töhfə verəcək. Eyni zamanda, COP29 Cənubi Qafqazda regional sülhə də təkan verə bilər. Beləliklə, COP29 Azərbaycan üçün bərpaolunan enerji mənbələrinin daha geniş istifadəni dəstəkləyə və yaşıl keçidi sürətləndirə bilər.

https://news.az/news/azerbaijan-speeds-up-the-green-transition-by-hosting-the-cop29-un-climate-change-conference-analytics?fbclid=IwAR3O8E1N7-bW8G1HYpmH3IRTFSgKlgdgiWiZDAFsYVUJD2XFymi3HgRPVDg

Müəllifin son məqalələri

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir

26 Fevral 2024 - 16:27

Azərbaycan COP29-a ev sahibliyi etməklə yaşıl enerjiyə keçidi sürətləndirir