BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Şahmar Hacıyev

Email: shahmar.hajiyev@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan Avropaya təbii qaz tədarük etməyə hazırdır

2020-10-16 13:31

BMTM-in aparıcı məsləhətçisi Şahmar Hacıyevin ABŞ-ın “The National Interest” nəşrində “Azərbaycan Avropaya təbii qaz tədarük etməyə hazırdır” başlıqlı məqaləsi dərc olunub. Məqalədə qeyd olunur ki, zəngin karbohidrogen ehtiyatlarına görə Xəzər bölgəsi bir çox regional və qeyri-regional dövlətlərin diqqət mərkəzindədir. Bu mənada, zəngin xam neft və təbii qaz ehtiyatlarına malik olan Azərbaycan bölgənin mühüm enerji oyunçusudur. Bildirilir ki, BP-nin 2020-ci il  statistikasına əsasən, ölkənin təsdiqlənmiş ümumi qaz ehtiyatları 2019-cu ilin sonunda 2.8 trilyon kubmetrə (tcm) bərabərdir. Bundan əlavə, mövcud Bulla-Dəniz, Ümid, Babək yataqları və gələcəkdə planlaşdırılan Şəfəq-Asiman, Abşeron, Naxçıvan, Zəfər, Məşəl, Qarabağ, Əşrəfi və Dan Ulduzu təbii qaz yataqları Azərbaycanın hazırkı təbii qaz tutumunu daha artıracaq.

Müəllif yazır ki, təbii  qaz ixracatçısı olmaq və  Xəzər dənizindən Avropaya təbii qaz tədarük etmək üçün tranzit infrastrukturuna ehtiyac duyulurdu: “Bu istiqamətdə, Cənub Qaz Dəhlizi (SGC) layihəsinin əsas elementlərindən olan  “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin həyata keçirilməsi və Trans-Adriatik Boru Kəməri (TAP) layihəsinin həyata keçirilməsi strateji enerji infrastrukturlardır”.

Sonda,  müəllif yazır ki, bu gün Azərbaycan Xəzərin enerji ehtiyatlarını qlobal enerji bazarlarına daşıyan  strateji   enerji layihələri ilə fəxr edə bilər: “Xatırladaq ki, son günlərdə Ermənistanla Azərbaycan arasında baş verən müharibə bölgələrarası enerji layihələrini  də təhdid təşkil edir. Belə ki, Ermənistan  Azərbaycanın vacib enerji infrastrukturunu məhv etmək məqsədi ilə bır sıra hücumlar həyata keçirdi. Lakin,  bu cəhdləri uğursuz oldu və Azərbaycan Xəzər təbii qazını Avropa enerji bazarlarına çıxaracaq və iqtisadi gücünü gücləndirəcək layihələri yekunlaşdırdı”.

Daha ətraflı: https://nationalinterest.org/blog/techland/azerbaijan-ready-supply-natural-gas-europe-170740

Müəllifin son məqalələri

17 İyul 2024 - 15:16

Davamlı tərəqqiyə doğru

10 May 2024 - 11:52

COP29 üçün iqlimlə bağlı çağırışların həlli

15 Mart 2024 - 11:10

Ermənistan Cənubi Qafqazda silahlanma yarışını təşviq edir