BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Azərbaycan 2025-ci ildə postmünaqişə mərhələsinin yol xəritəsini formalaşdırdı

2025-12-15 09:59

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Azərbaycan 2025-ci ildə postmünaqişə mərhələsinin yol xəritəsini formalaşdırdı” sərlövhəli məqaləsi “The Liberum” nəşrində dərc edilib.

Müəllif Azərbaycanın 2025-ci ildə dəyişən geosiyasi şəraitdə oynadığı fəal rola diqqət çəkir. Onun sözlərinə görə, hazırda ölkələr Ukrayna müharibəsinin təsirlərinə uyğunlaşmağa çalışır, regional ittifaqlar dəyişikliyə məruz qalır və qlobal prioritetlər yenilənir. Azərbaycan isə regional nəqliyyat və enerji şəbəkələrindəki mövqeyindən istifadə edərək milli maraqlarını qoruyan və əməkdaşlığa açıq xarici siyasət aparır.

“Ölkənin yanaşması diplomatik danışıqları, regional əməkdaşlığı və suverenliyin təmin olunmasını özündə birləşdirir. Bu isə iddialı yox, daha çox praqmatik xarakter daşıyan strategiyanı özündə əks etdirir. Bu yanaşma nəticəsində Bakı yaxın coğrafi mühitlə məhdudlaşmayaraq, Avrasiya məkanında enerji, təhlükəsizlik və infrastruktur sahələri üzrə müzakirələrin formalaşmasına təsir göstərə bilmişdir”.

Məqalədə Vaşinqton sammitinin Azərbaycan üçün önəminə diqqət çəkilir:

“Vaşinqtonun danışıqlara vasitəçilik etməsi sülh prosesinin legitimliyini gücləndirməklə yanaşı, Azərbaycanın ABŞ-nin regional strategiyasında etibarlı tərəfdaş kimi artan rolunu da nümayiş etdirdi. Bakı ilə Vaşinqton arasındakı əməkdaşlıq milli maraqların müdafiəsini regional təhlükəsizlik məsələləri, o cümlədən enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və nəqliyyat infrastrukturu ilə uzlaşdırır. İki ölkə arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanmasına başlanması isə postsovet dövründə ikitərəfli münasibətlərin ən əhəmiyyətli hadisələrindən biri oldu. Bu addımlar sayəsində ABŞ-Azərbaycan münasibətləri Bayden administrasiyası dövründə yaşanan böhrandan çıxaraq sürətlə inkişaf edən mərhələyə qədəm qoydu. Qərb istiqamətində Azərbaycan 2025-ci ildə həm də Avropa İttifaqı ilə əlaqələrdə əhəmiyyətli irəliləyiş əldə etdi.

Eyni zamanda, Azərbaycan qarşılıqlı maraqlar çərçivəsində, xüsusilə Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı layihələrdə Rusiya ilə də əməkdaşlığı davam etdirir.  

2025-ci ildə Azərbaycanın Yaxın Şərqlə əlaqələri nəzərəçarpacaq şəkildə genişlənib. Bu, ölkənin Cənubi Qafqazdan kənarda etibarlı diplomatik aktora çevrildiyini göstərir. Bakı 2025-ci ilin oktyabrında Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitində iştirak edərək regional münaqişələrin həllində artan etibarlılığını nümayiş etdirdi.

ABŞ, Misir, Qətər və Türkiyənin vasitəçiliyi ilə əldə edilən atəşkəs sazişi Qəzza üçün Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin yaradılması barədə müzakirələri gündəmə gətirib.

Burda isə İndoneziya və Pakistanla yanaşı, Azərbaycanın da adı töhfə verə biləcək ölkələr sırasında nəzərdən keçirilib. Hələlik yekun qərarlar qəbul edilməsə də, Azərbaycanın bu müzakirələrə cəlb edilməsi həm Vaşinqtonun etibarını, həm də Bakının Yaxın Şərqdə güclənmiş diplomatik nüfuzunu göstərir.

Azərbaycanın strateji baxışı yalnız ikitərəfli diplomatiya ilə məhdudlaşmır, həm də çoxtərəfli regional əməkdaşlığı əhatə edir. Türk Dövlətləri Təşkilatı (TDT) və Mərkəzi Asiyada C6 əməkdaşlıq formatının yaradılması (noyabr 2025) Bakı üçün regional siyasətin əsas təşəbbüslərindən olub. Bunun bariz nümunəsi isə C5 Mərkəzi Asiya dövlətləri formatının C6-ya çevrilməsi və artıq Azərbaycanı da əhatə etməsidir”.

*Məqalənin ingilis dilində dərc edilmiş tam və orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://theliberum.com/azerbaijan-charted-the-post-conflict-era-in-2025/  

Müəllifin son məqalələri

02 Fevral 2026 - 12:55

Qara qızıldan yaşıl enerjiyə: Azərbaycan neftdən sonrakı dövrə hazırlaşır

27 Yanvar 2026 - 15:44

Vitse-prezident Cey Di Vensin yaxınlaşan Cənubi Qafqaz səfəri ABŞ-nin regiondakı mövqeyini möhkəmləndirir

26 Yanvar 2026 - 16:12

TRIPP - sülhə aparan yol: Bağlantıların Ermənistan-Azərbaycan normallaşmasındakı rolu