BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

Avropa İttifaqı C5 formatını artıq C6 kimi qəbul etməlidir

2025-12-08 09:52

BMTM-in şöbə müdiri Vasif Hüseynovun müəllifi olduğu “Avropa İttifaqı C5 formatını artıq C6 kimi qəbul etməlidir” sərlövhəli məqalə “Commonspace” nəşrində dərc edilib.

Məqalədə qeyd edilir ki, son illərdə Avrasiya regionunda bölgələrarası əlaqələr, ticarət və əməkdaşlıq strukturları əsaslı dəyişikliklərə məruz qalıb.

“Geosiyasi şoklar, pozulmuş təchizat zəncirləri və təhlükəsiz Şərq-Qərb marşrutlarına olan ehtiyac Trans-Xəzər məkanının strateji əhəmiyyətini artırıb. Coğrafi məhdudiyyətlərlə üzləşən Mərkəzi Asiya dövlətləri regional koordinasiyanı gücləndirmək, infrastrukturu modernləşdirmək və Avropa ilə daha sıx inteqrasiya etmək üçün misli görünməmiş addımlar atıb. Eyni zamanda, Azərbaycan Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa bazarları ilə birləşdirən strateji vasitəçi kimi sürətlə ön plana çıxır.

Bu yeni reallıq rəsmi olaraq 2025-ci ilin noyabrında təsdiqləndi, Azərbaycan Daşkənddə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə yekdilliklə tam hüquqlu iştirakçı kimi qəbul olundu. Uzun müddət C5 qrupunu təşkil edən ölkələr artıq C6-ya çevrildi. Xəzər artıq iki bölgəni ayıran sərhəd yox, vahid geosiyasi və geoiqtisadi məkanın mərkəzi oldu. Prezident İlham Əliyev bu prosesi “vahid geosiyasi və geoiqtisadi regionun” ortaya çıxması kimi qiymətləndirdi, Prezident Şavkat Mirziyoyev isə Azərbaycanın bu platformaya daxil olmasını “tarixi” adlandıraraq məsləhətləşmə platformasını təhlükəsizlik, iqtisadi, ətraf mühit və rəqəmsal siyasəti formalaşdırmaq iqtidarında olan strukturlaşdırılmış regional institut səviyyəsinə yüksəltməyi təklif etdi”.

Məqalədə qeyd edilir ki, Avropa İttifaqı (Aİ) hələ də Azərbaycan Mərkəzi Asiyanın regional əməkdaşlıq mexanizmlərinə daxil olmadığı dövrdə yaradılmış C5+1 formatı üzrə fəaliyyət göstərir.

“Halbuki regional platforma artıq C6 formatına genişlənib. Bu səbəbdən Aİ-nin əməkdaşlıq mexanizmi Avrasiyanın mövcud geosiyasi və iqtisadi reallıqları ilə tam uyğun gəlmir.

Mərkəzi Asiya ölkələri öz regional formatlarını C6 səviyyəsinə qaldırdıqları kimi, Aİ də C5+1 modelini C6+1 formatına uyğunlaşdırmalıdır. Yalnız bu halda Brüssel Şərq-Qərb nəqliyyat dəhlizində əsas rol oynayan bütün regional iştirakçılarla effektiv əməkdaşlıq qura, investisiyaları əlaqələndirə, standartları uyğunlaşdıra və siyasətləri birgə planlaşdıra bilər”.

*Məqalənin ingilis dilində olan tam və orijinal mətni ilə aşağıdalı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.commonspace.eu/opinion/opinion-european-union-must-recognise-c5-have-now-become-c6

 

Müəllifin son məqalələri

02 Fevral 2026 - 12:55

Qara qızıldan yaşıl enerjiyə: Azərbaycan neftdən sonrakı dövrə hazırlaşır

27 Yanvar 2026 - 15:44

Vitse-prezident Cey Di Vensin yaxınlaşan Cənubi Qafqaz səfəri ABŞ-nin regiondakı mövqeyini möhkəmləndirir

26 Yanvar 2026 - 16:12

TRIPP - sülhə aparan yol: Bağlantıların Ermənistan-Azərbaycan normallaşmasındakı rolu