BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Hüseyn Sultanlı

Email: huseyn.sultanli@aircenter.az

Tel: (+994 12) 596-82-39

Ankara və London arasında münasibətlər: Artmaqda olan "Orta Güc" kateqoriyası çərçivəsində

2025-07-23 09:48

Yenidən hakimiyyətə gəldikdən bir il sonra, Birləşmiş Krallıq hökuməti öz fəaliyyət dövrünün nailiyyət və uğursuzluqları üzərində düşünür. Böyük Britaniyanın dünyadakı mövqeyini yenidən qurmaq kimi həm iddialı, həm də zəruri olan hədəf isə Xarici İşlər Nazirliyinin gündəmində əsas yer tutub.

Bunun səbəbi Birləşmiş Krallığın bəzi sahələrdəki fəaliyyətinin onun tarixən malik olduğu beynəlxalq nüfuz və "qlobal lider" imicinə uyğun gəlməyən durğunluq göstərməsinin dərki ilə bağlıdır. Lakin mövcud beynəlxalq kontekst, Leyborist hökumətin irs aldığı və fəaliyyətini davam etdirdiyi şərait, əvvəlki Britaniya hökumətlərinin qarşılaşdığı şərtlərdən əhəmiyyətli dərəcədə fərqlənir.

Birləşmiş Krallıq Avropa İttifaqından kənarda yer alsa da, inkişaf etmiş iqtisadi tərəfdaşlığın müəyyən elementlərini qoruyub saxlayan bir sıra razılaşmalar qüvvədə qalmaqdadır. Eyni zamanda, transatlantizm konsepsiyasının tərifinin yenidən müəyyən olunmasının şahidi oluruq. Lakin xarici siyasət baxışları üçün ən vacib məsələ ondan ibarətdir ki, Birləşmiş Krallıq fərqli səbəblərə görə strateji əhəmiyyət daşıyan üç əsas aktor (ABŞ, Avropa İttifaqı və Çin) arasında tarazlıq yaratmaq kimi mürəkkəb və bəlkə də misilsiz bir çağırışla üz-üzədir.

Lakin bu balanslaşdırma cəhdi Birləşmiş Krallığın həmin aktorlarla hərbi və ya iqtisadi baxımdan eyni səviyyəyə yüksəlmək istəyi kimi qiymətləndirilməməlidir. Birləşmiş Krallıq yeni bir “güc kateqoriyası” çərçivəsində yeni liderlik rolu formalaşdırmalı olduğunu qəbul edib. Rəsmi şəkildə özünü bu statusda elan etməsi ehtimal olunmasa da, bir çoxları hazırkı vəziyyətdə Birləşmiş Krallığı orta güc (middle power) anlayışının nümunəvi təcəssümü kimi qiymətləndirirlər. Bu kateqoriyaya daxil olan dövlətlər artıq böyük güc (great power) statusunu daşımasalar da, xarici siyasətin müəyyən sahələrində təsir göstərmək qabiliyyətini qoruyub saxlayırlar.

Əslində, son aylarda rəsmi Londonun atdığı addımlar göstərir ki, qlobal liderliyə iddia etmək artıq real hədəf kimi qiymətləndirilmir. Bu səbəbdən, Leyborist hökumət Birləşmiş Krallığın mövcud iqtisadi və yumşaq güc nüfuzunu maksimum dərəcədə artırmağa yönəlmiş səylərə fokuslanmaqda qərarlıdır. Bu yanaşmaya digər “orta güclərlə” əlaqələrin möhkəmləndirilməsi və xüsusilə “böyük üçbucaq”dan (yəni ABŞ, Aİ və Çin-dən) kənarda yerləşən “yüksələn güclərlə” ticarət və digər tərəfdaşlıq razılaşmalarının fəal şəkildə təşviqi daxildir.

*Məqalənin ingilis dilindəki tam və original variant ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://www.eurasiareview.com/19072025-uk-turkey-relations-in-context-of-growing-middle-power-class-analysis/

 

Müəllifin son məqalələri

03 Oktyabr 2025 - 15:48

Azərbaycan-Birləşmiş Krallıq münasibətləri: Fürsət və strateji əməkdaşlığın yeni mərhələsi

23 İyul 2025 - 09:48

Ankara və London arasında münasibətlər: Artmaqda olan "Orta Güc" kateqoriyası çərçivəsində

07 May 2025 - 15:00

Avropa İttifaqından Şərq siyasətinə yeni baxış: Strateji yenidənqiymətləndirmə?