BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Amerika Xəzər hövzəsində enerji layihələrini dəstəkləməkdən qazanclı çıxacaq

2020-12-10 16:20

ABŞ-ın nüfuzlu “The National Interest” saytında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin “Amerika Xəzər hövzəsində enerji layihələrini dəstəkləməkdən qazanclı çıxacaq” adlı məqaləsi dərc edilib. Məqalədə Xəzər bölgəsinin mühüm neft və qaz ehtiyatları mənbəyi olduğu vurğuylanır. Bildirilir ki, enerji baxımından zəngin olan Xəzər hövzəsi ölkələri ilə mümkün tranzit ölkələri arasında  enerji danışıqlarını dəstəkləmək və gələcək enerji layihələrini asanlaşdırmaq ABŞ-ın marağındadır.

“Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra özünü Qərb üçün etibarlı tərəfdaş kimi təsdiqlədi və enerji ehtiyatlarını qlobal enerji bazarlarına çıxarmaqla səmərəli istehsalçı-istehlakçı dialoqu qurmağı bacardı. Azərbaycanın mövqeyi və öz enerji mənbələrinin mövcudluğu ölkənin qlobal enerji bazarları üçün regional enerji və infrastruktur mərkəzinə çevrilməsinə imkan yaratmış oldu”, -deyə müəllif yazır. 

Şahmar Hacıyevin sözlərinə görə, ənənəvi enerji mənbələrinin ABŞ-ın  strategiyasında əhəmiyyətli bir amil olmayacağına dair fikirlər səsləndirilir. lakin təbii qaz daha təmiz enerji mənbələrinə enerji keçidinin ayrılmaz hissəsi olaraq qalacaq: “Alternativ enerji mənbələri ilə birlikdə təbii qaz şaxələndirmə üçün əsas komponentdir və gələcəkdə daş kömürü uğurla əvəz edə biləcək mənbədir”.

Müəllif yazır ki, bu istiqamətdə Azərbaycan tərəfdaşlarla uğurlu əməkdaşlıq etməyə və bölgələrarası Cənub Qaz Dəhlizi (SGC) enerji layihəsini dəstəkləməyə davam edir: “Bu qaz dəhlizi Aİ üçün yeni bir qaz mənbəyi və tədarük yolu kimi  olduqca vacibdir.  Təchizat mənbələrinin və marşrutlarının şaxələndirilməsi Aİ enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir. Nəticə etibarilə Amerikada C. Biden rəhbərliyi avropalı müttəfiqlərinin enerji təhlükəsizliyini nəzərə alaraq, Xəzər və Orta Asiya regionundan Avropanın enerji bazarlarına təbii qaz tədarükünü dəstəkləmək öhdəliyini bir daha təsdiqləməlidir”.

Daha ətraflı: https://nationalinterest.org/blog/skeptics/america-stands-gain-supporting-caspian-basin-energy-projects-174165

 

 

 

Müəllifin son məqalələri

07 Dekabr 2025 - 09:47

Azərbaycanın iqtisadi şaxələndirmə və əlaqəlilik liderliyinə aparan yolu

13 May 2025 - 09:42

Azərbaycanın çoxvektorlu xarici siyasəti suverenlik, sabitlik və strateji inkişafın əsas dayağıdır

25 Aprel 2025 - 14:42

Strateji əlaqələrin gücləndirilməsi: Regional bağlılıq və davamlı inkişaf üçün Azərbaycan-Çin əməkdaşlığı