BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

BMTM-də Malayziya Parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib

2024-09-02 12:42

02.09.2024-cü il tarixində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Malayziyanın Parlament Senatının Prezidentinin müavini Nur Jazlan Bin Mohamedin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

BMTM-in şöbə müdiri Vasif Hüseynov mərkəzin fəaliyyəti və strategiyaları barədə qonaqlara məlumat verdi.

Beynəlxalq münasibətlərin hazırkı kompleks xarakterinə toxunan V. Hüseynov bildirdi ki, Azərbaycan ənənəvi olaraq çoxtərəfliliyə sadiq olub və xarici siyasətində balanslı yanaşmalar sərgiləyib. Onun sözlərinə görə, Azərbaycan, həmçinin Malayziyanın da xarici siyasət baxışında əks olunan regional məsələlərə kənar qüvvələrin cəlb olunmaması yanaşmasını müdafiə edir.

Ermənistanın silahlandırılması ilə bağlı danışan BMTM-in şöbə müdiri vurğuladı ki, Fransa tərəfindən həyata keçirilən bu kampaniya regionla yanaşı, bütöv beynəlxalq təhlükəsizlik arxitekturası üçün ciddi təhdid yaradır. O bildirdi ki, Fransa Ermənistan-Azərbaycan münasibətlərindən Rusiya əleyhinə alət kimi istifadə etməyə çalışır.

Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan və Malayziya arasında məhsuldar əməkdaşlığa toxunan V. Hüseynov Azərbaycanın qurumun institusionallaşması istiqamətindəki töhfələrinə də diqqət çəkib.

O, həmçinin Azərbaycanın Qarabağda reallaşdırdığı yenidənqurma və bərpa işləri barədə məlumat verdi.

Azərbaycana daha əvvəlki səfərlərini xatırladan Senat Prezidentinin müavini Nur Jazlan Bin Mohamed Qarabağa aparılan irimiqyaslı infrastruktur layihələri barədə müsbət təəssüratlarını bölüşdü. Malayziyanın Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini intensivləşdirməkdə maraqlı olduğunu vurğulayan Nur Jazlan Bin Mohamed bu məsələdə parlamentlərarası əlaqələrin xüsusi rol oynamalı olduğunu qeyd etdi.

O, həmçinin 1 sentyabr parlament seçkilərinin nizamlı və şəffaf qaydada təşkil edildiyini bildirdi.

Daha sonra iki ölkə beyin mərkəzləri arasında əlaqələrin intensivləşdirilməsi müzakirə edildi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.

Müəllifin son məqalələri

22 Oktyabr 2024 - 14:23

Yekaterinburqda "COP29 Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsi amili kimi" mövzusunda dəyirmi masa keçirilib

22 Oktyabr 2024 - 11:32

Tbilisidə “Azərbaycan-Gürcüstan Alyansı” Forumu keçirilib

24 Oktyabr 2024 - 12:31

BMTM nümayəndə heyəti AQEM Beyin Mərkəzi Forumunun 12-ci toplantısında iştirak edib