BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Roza Bayramlı

Email: roza.asgarova@aircenter.az

Tel: (+994 12) 596-82-39

Aİ və Mərkəzi Asiya: Səmərqənd sammitinin Azərbaycan üçün əhəmiyyəti

2025-04-10 16:26

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Roza Bayramlının “Aİ və Mərkəzi Asiya: Səmərqənd sammitinin Azərbaycan üçün əhəmiyyəti” sərlövhəli məqaləsi “Вестник Кавказа” nəşrində dərc olunub.

2025-ci il aprelin 3-4 tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Aİ-Mərkəzi Asiya sammitinə toxunan R. Bayramlı qeyd edib ki, sammit tərəflər arasında yeni strateji tərəfdaşlığın başlanğıcını qoyub, əsas diqqət yetirilən məsələlər isə ticarət, nəqliyyat, enerji, rəqəmsal kommunikasiyalar və su ehtiyatlarının idarə olunması sahələrində əməkdaşlıqla bağlı olub. Məqalə daha sonra Aİ-Mərkəzi Asiya əməkdaşlığının genişləndirilməsinin Azərbaycan üçün potensial faydalarına nəzər yetirir.

Müəllif qeyd edib ki, sürətlə dəyişən beynəlxalq vəziyyət və artan qeyri-sabitlik şəraitində beynəlxalq ictimaiyyət fəal şəkildə qarşılıqlı fəaliyyət və əməkdaşlıq üçün yeni yollar axtarır.

Sammitdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də iştirak ediblər. Hər iki rəsmi Mərkəzi Asiya ölkələri ilə əlaqələri gücləndirmək istəyini vurğuladılar.

Ursula fon der Lyayen nəqliyyat, xammal, təmiz enerji və rəqəmsal bağlantılar sahələrində region ölkələri ilə əməkdaşlığı dərinləşdirmək üçün 12 milyard avroluq (13,2 milyard dollar) Global Gateway investisiya paketini elan etdi.

Məqalədə qeyd edilir ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev son 7 ildə Mərkəzi Asiya ölkələri ilə Aİ arasında ticarət dövriyyəsinin 54 milyard avroya (60 milyard dollar) çatdığını bildirib.

“Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı Azərbaycana birbaşa təsir edə bilər. Aİ-Mərkəzi Asiya əməkdaşlığı genişləndirilərsə, Azəbaycan əlavə imkanlar əldə edə bilər. Buna Azərbaycanın nəqliyyat və enerji sahələrində Aİ-nin mühüm tərəfdaşı olması, Orta Dəhlizin inkişafındakı rolu və Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlindəki rolu kömək edir”,- deyə məqalədə bildirilir.

Yekunda müəllif bildirir ki, uzunmüddətli perspektivdə Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsi regionun siyasi və iqtisadi sabitliyini artıra, Azərbaycana müsbət təsir göstərir.

*Məqalənin rus dilində olan orijinal mətni ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

https://vestikavkaza.ru/articles/es-i-centralnaa-azia-znacenie-sammita-v-samarkande-dla-azerbajdzana.html

Müəllifin son məqalələri

10 Aprel 2025 - 16:26

Aİ və Mərkəzi Asiya: Səmərqənd sammitinin Azərbaycan üçün əhəmiyyəti

21 Mart 2025 - 09:32

Azərbaycanın strateji imperativlərinin Asiya istiqaməti

10 May 2024 - 12:16

Orta Dəhlizin inkişafında Azərbaycanın rolu