BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Vasif Hüseynov

Email: Vasif.Huseynov@aircenter.az

Tel: (+994 12) 596-82-39

2024-cü ildə Azərbaycanın qarşısında duran tapşırıqlar-Prezident Əliyevin baxışı

2024-02-02 17:53

BMTM-in şöbə müdiri Vasif Hüseynovun https://www.interpressnews.ge/ portalında “2024-cü ildə Azərbaycanın qarşısında duran tapşırıqlar-Prezident Əliyevin baxışı” başlıqlı məqaləsi dərc olunub.

Müəllif bildirir ki, yanvarın 8-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev əsas məqsədlər, prioritetlər və mümkün çağırışlar barədə konkret fikirlər səsləndirib. Onun sözlərinə görə, qarşıdan gələn növbədənkənar prezident seçkiləri bu mesajların vacibliyini bir az da önə çəkir.

“Sözügedən seçkilər Azərbaycanın post-Sovet tarixindəki ən əhəmiyyətli məqamdır. Belə ki, seçkilər bütün ölkə ərazisini əhatə edəcək”, deyə Vasif Hüseynov diqqətə çatdırır.

Müəllif qeyd edir ki, 2023-cü il 3 onillik torpaqlarının işğalından əziyyət çəkmiş Azərbaycan xalqı üçün transformativ xarakter daşıyır. Çünki “Qarabağ” məsələsi ölkə üçün birləşdirici ideologiyaya çevrilmişdi və digər iqtisadi, eləcə də siyasi çağırışları arxa plana qoymuşdu. 2024-cü il isə Azərbaycan xalqının qarşısında artıq bu tapşırığın durmadığı dövrün başlanğıcıdır.

Qoşulmama Hərəkatına uğurlu sədrlik, habelə təşkilatın institusionallaşması istiqamətində atılan addımlara toxunan müəllif bildirir ki, Azərbaycanın 2024-cü il gündəliyində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-un təşkili əsas yer tutacaq.

“Beynəlxalq iqlim konfransına ev sahibliyi etmək imkanı Azərbaycanın yaşıl enerjiyə keçidinə dəstək kimi qiymətləndirilməlidir. Azərbaycan hökuməti bu keçidi ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addım kimi nəzərdən keçirir və post-neft dövrünə hazırlıq, eləcə də, qlobal iqlim dəyişikliyinə qarşı mübarizə sahəsində vacib tapşırıq kimi qəbul edir. Azərbaycan bərpaolunan enerjinin istehsalı və ixracı sahəsində böyük potensiala malikdir. Azərbaycan bərpaolunan enerji istehsalı imkanlarını təkmilləşdirmək üçün beynəlxalq şirkətlərlə bir sıra müqavilələr imzalayıb və bu addımlar qarşıdan gələn illərdə ölkənin gündəliyində əsas yeri tutacaq”, deyə Vasif Hüseynov vurğulayıb.

https://www.interpressnews.ge/en/article/129498-what-the-main-tasks-of-azerbaijan-will-be-in-2024-the-vision-of-president-aliyev

 

Müəllifin son məqalələri

07 Avqust 2024 - 10:29

Ermənistanın hərbiləşdirilməsi Cənubi Qafqazda gərginliyin eskalasiyasına səbəb olacaq

26 İyul 2024 - 09:48

Azərbaycan Pakistan və Türkiyə ilə üçtərəfli əməkdaşlığı gücləndirir

22 May 2024 - 12:19

Ermənistan və Azərbaycan sülh sazişi üzərində işi intensivləşdirir