BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

ƏLAQƏ MƏLUMATLARI

Aircenter

Email: info@aircenter.az

Tel: (+994 12) 596-82-39

2020-ci ilə baxış: Azərbaycan pandemiya ilə üz-üzə və Qarabağda qələbə ilə nəticələnən müharibə

2021-01-11 22:12

Həmçinin BMTM-in şöbə müdiri Fuad Çıraqovun ABŞ-da Ceymstaun Fondunun nəzdində nəşr olunan Avrasiya Günlük Monitorunun (Eurasia Daily Monitor) saytında “2020-ci ilə baxış: Azərbaycan pandemiya ilə üz-üzə və Qarabağda qələbə ilə nəticələnən müharibə” adlı məqaləsi nəşr edilib . Məqalədə ümumilikdə 2020-ci ildə Azərbaycanın daxili və xarici siyasətində cərəyan edən hadisələr təsvir edilib. Müəllif yazır ki, ötən 2019 və 2020-ci ilin əvvəlində Azərbaycan rəhbərliyi səbrlə Ermənistan daxilindəki siyasi proseslərin məntiqi yekununu və Paşinyan hökumətinin münaqişə ilə bağlı mövqeyini tam aydınlaşdırmasını gözləyirdi. Həmçinin bu müddətdə Ermənistanın ardıcıl olaraq təxribatlara əl atdığı bildirilir və bu təxribatlar sırasında işğal edilmiş ərazilərdə qanunsuz prezident, parlament seçkilərinin və inauqurasiya mərasimlərinin keçirilməsi, separatçı rejimin parlamentinin Şuşaya köçürülməsinin elan edilməsi, Azərbaycanın işğal edilmiş ərazilərinə 3-cü yolun çəkilməsinin elan edilməsi kimi faktlar diqqətə çatdırılır. 

Bu təxribatlardan sonra ötən ilin iyul ayında Tovuz bölgəsində döyüşlər, general Polad Həşimovun həlak olması və insanların küçələrə çıxaraq hökumətdən Qarabağın azad edilməsi üçün müharibə tələb etməsi də vurğulanır.  Məqalənin sonunda münaqişənin başa çatmasının region üçün yeni imkanlar və perspektivlər açması diqqətə çatdırılır və ötən il Azərbaycan qazının ilk dəfə 3500 km-lik Cənub Qaz Dəhlizi ilə Avropa bazarına çatması vurğulanır. Qeyd edilir ki, müharibədən sonra Azərbaycan və Türkiyə rəhbərliyi çıxışlarında  Ermənistanı regional inteqrasiya proseslərinə qoşulmağa çağırırdılar: “İmzalanan üçtərəfli sazişlə bölgədəki bütün regional nəqliyyat yolları və kommunikasiyalar açılacaq, ona görə də indi Ermənistanın qazanıb-qazanmayacağı bu ölkənin düzgün seçim etməsindən asılıdır”. 

Daha ətraflı: https://jamestown.org/program/year-2020-in-review-azerbaijan-faces-the-pandemic-and-a-victorious-war-in-karabakh/

 

 

Müəllifin son məqalələri

10 Avqust 2023 - 14:16

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı (4-cü cild, 1-ci Sayı, Yay buraxılışı, 2023-ci il) işıq üzü görüb

21 İyul 2022 - 15:08

“Caucasus Strategic Perspectives” jurnalının yeni sayı işıq üzü görüb

20 İyul 2022 - 19:46

Şuşada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin konfransı keçirilib