Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Çin beyin mərkəzi arasında Anlaşma Memorandumu imzalanıb

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nümayəndə heyəti ilə birlikdə Sian şəhərində “Bir Kəmər Bir Yol” Mədəniyyət Akademiyasının vitse-prezidenti və tədqiqatçıları ilə görüşüb.

08 Yan 2020

Çində səfərdə olan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev nümayəndə heyəti ilə birlikdə Sian şəhərində “Bir Kəmər Bir Yol” Mədəniyyət Akademiyasının vitse-prezidenti və tədqiqatçıları ilə görüşüb. Görüş zamanı mərkəz sədri müstəqillik əldə etdikdən sonra Azərbaycanın keçdiyi inkişaf yolu, qarşılaşdığı problemlər və əldə etdiyi nailiyyətlər barədə təqdimatla çıxış edib, Çin-Azərbaycan münasibətlərinin hazırkı durumu və inkişaf perspektivləri barədə danışıb. Təqdimat ətrafında aparılan müzakirələrdən sonra iki beyin mərkəzi arasında əməkdaşlıq imkanlarının genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Feed

06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
423
06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
252
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
264