Fərid Şəfiyev Türkiyə XİN-in idarə rəhbəri Yönet Can Tezellə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mərkəzin sədri Fərid Şəfiyev Türkiyə Xarici İşlər Nazirliyinin İkitərəfli siyasi əlaqələr idarəsinin müdiri Yönet Can Tezellə görüşüb. Görüş zamanı Fərid Şəfiyev artıq bir ildir fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.

13 Fev 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində mərkəzin sədri Fərid Şəfiyev Türkiyə Xarici İşlər Nazirliyinin İkitərəfli siyasi əlaqələr idarəsinin müdiri Yönet Can Tezellə  görüşüb. Görüş zamanı Fərid Şəfiyev artıq bir ildir fəaliyyət göstərən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.  O həmçinin Türkiyə-Azərbaycan münasibətləri barədə danışaraq, bu əlaqələrin əməkdaşlığın bütün sahələrini əhatə etdiyini bildirib. Onun sözlərinə görə, hər iki ölkənin beyin mərkəzləri arasında əlaqələr də sürətlə inkişaf edir. Fərid Şəfiyev ötən ilin sonlarında Türkiyə səfəri barədə danışaraq Türkiyə beyin mərkəzləri ilə BMTM arasında əlaqələrin dərinləşməsi istiqamətində atılan addımlar barədə məlumat verib.

Öz növbəsində Türkiyə XİN rəsmisi Yönet Can Tezel Azərbaycan və Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və Türkiyə hökumətinin bu münasibətləri dərinləşdirməkdə daim maraqlı olduğunu əlavə edib.

Feed

06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
397
06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
234
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
252