Növbədənkənar parlament seçkiləri: Azərbaycanda siyasi dəyişikliklərin həlledici mərhələsi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Xəzər və Qara Dəniz Təhlil Fonduna (CCBS) məxsus nəşrdə “Növbədənkənar parlament seçkiləri: Azərbaycanda siyasi dəyişikliklərin həlledici mərhələsi” adlı məqaləsi yayımlanıb.

06 Fev 2020

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun Xəzər və Qara Dəniz Təhlil Fonduna (CCBS)  məxsus nəşrdə “Növbədənkənar parlament seçkiləri: Azərbaycanda siyasi dəyişikliklərin həlledici mərhələsi” adlı məqaləsi yayımlanıb.

Məqalədə  fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri 2019-cu ildə islahatlarla səciyyələnən  iqtisadi və siyasi keçid dövrünün yeni bir mərhələsi kimi qiymətləndirilir. Qeyd olunur ki, ölkəmizdə son illərdə həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlər bir sıra siyasi dəyişikliklərlə müşayiət olunur: “Bu dəyişikliklər fonunda ölkədə ümumilikdə siyasi transformasiya mühiti yaranıb. Belə ki, islahatlar prosesində yaşlı kadrların gənc və əsasən Qərb təhsilli kadrlarla əvəzlənməsi və korrupsiyalaşmış məmurlara qarşı daha qətiyyətli mübarizənin həyata keçirilməsi həm ölkə daxilində, həm də beynəlxalq müşahidəçilər tərəfindən yüksək qiymətləndirilir”.

Bildirilir ki, geniş miqyaslı siyasi islahatlar, həmçinin cavanlaşma siyasəti insanların siyasi proseslərə marağını artırmaqla yanaşı, qarşıdan gələn seçkilərə inam formalaşdırıb. Qeydə alınan namizədlərin (120 yer üçün 1400-dən çox) və yerli seçki müşahidəçilərinin sayı (42 mindən çox) ölkədə hökm sürən siyasi aktivliyin digər bir göstəricisidir. Ümumilikdə, bütün partiyalardan olan və bitərəf namizədlər qanunvericilikdə əhəmiyyətli söz haqqında sahib olmaq üçün seçki kampaniyalarını səylə həyata keçirdiyi məqalədə xüsusilə vurğulanır: “Bütün bunlar nəzərə alındıqda, qarşıdan gələn seçkilərin Azərbaycanın siyasi transfomasiyasında həlledici rol oynayacağı şübhəsizdir”.

Daha ətraflı: https://ccbs.news/en/article/411/

Vasif Hüseynov

Vasif Hüseynov

Baş məsləhətçi

Feed

06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
425
06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
253
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
265