“Jerussalem Post”: Azərbaycan əməkdaşlığın üfüqlərini genişləndirir

İsrailin nüfuzlu “Jerussalem Post” qəzetində Azərbaycanın xarici siyasətinə dair məqalə çap edilib. Məqalədə Azərbaycanın müstəqillik illərindən bu yana apardığı uğurlu xarici siyasəti, həm regional, həm də beynəlxalq tərəfdaşları ilə qurduğu mehriban qonşuluq münasibətləri və bərabərhüquqlu əməkdaşlıq əlaqələri, eləcə də müxtəlif geosiyasi seçiml

08 Fev 2020

İsrailin nüfuzlu “Jerussalem Post” qəzetində Azərbaycanın xarici siyasətinə dair məqalə çap edilib. Məqalədə Azərbaycanın müstəqillik illərindən  bu yana apardığı uğurlu xarici siyasəti, həm regional, həm də beynəlxalq tərəfdaşları ilə qurduğu mehriban qonşuluq münasibətləri və bərabərhüquqlu əməkdaşlıq əlaqələri, eləcə də müxtəlif geosiyasi seçimlər arasında yürütdüyü tarazlı xarici siyasət xətti müzakirə edilib.

Qeyd olunub ki, Azərbaycan həm Qərb, həm də Şərq tərəfdaşları, eləcə də müvafiq olaraq bu coğrafi məkanları təmsil edən NATO, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı və s. ilə qarşılıqlı faydalı və praqmatik əməkdaşlığını davam etdirir. 2019-cu ildə Azərbaycanın ev sahibliyi etdiyi NATO-Azərbaycan əlaqələrinin 25-ci ildönümünə həsr edilmiş tədbir, Qoşulmama Hərəkatının Zirvə toplantısı və bu təşkilat üzərində sədrliyin 2019-2022-ci illərdə Azərbaycana keçməsi, eləcə də Türk Şurasının 10-cu toplantısının Bakıda keçirilməsi və Avropa-Ittifaqı-Azərbaycan  arasında təhlükəsizlik dialoqunun keçirilməsi kimi tədbirlər də Azərbaycanın öz əməkdaşlığının üfüqlərini daha da genişləndiridiyinə bir misaldır.

Məqaləni aşağıdakı linkdən keçid edərək oxuya bilərsiniz:

https://www.jpost.com/International/Azerbaijan-broadens-the-horizons-of-cooperation-balanced-foreign-policy-616178

Esmira Cəfərova

Esmira Cəfərova

İdarə Heyətinin üzvü

Feed

06 Apr 2020

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində nələr baş verir?

Kolumbiya Universitetinin “Kolumbiya Beynəlxalq Məsələlər Jurnalı”nda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin üzvü Esmira Cəfərovanın məqaləsi çap edilib
423
06 Apr 2020

Koronavirusun dünya iqtisadiyyatına təsiri və onun Azərbaycan üçün nəticələri-TƏHLİL

Koronavirusun (COVİD-19) qlobal şəkildə yayılması prosesi davam etməkdədir. Virusun yayılmasının qarşısını almaq məqsədilə ölkələr müxtəlif sahələrdə qadağalar tətbiq etmək məcburiyyətində qalır
253
31 Mar 2020

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin açıqlaması:
265