BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 10-cu ili: Azərbaycan-Türkiyə siyasi münasibətləri

2020-02-28 12:04

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası 2020-ci il fevralın 25-də Bakıda keçirildi. Bu məqsədlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfər etdi, iki ölkə liderləri arasında təkbətək və heyətlərarası görüş keçirildi. Şuranın iclasından sonra iki ölkə arasında 14 protokol və saziş imzalandı. İmzalanan saziş və protokolların hər biri iki ölkənin bir-birinə daha çox yaxınlaşması baxımından əhəmiyyətli olsa da, bu müqavilələrin arasından 4-ü diqqəti cəlb etdi. Bunlar xüsusən preferensial ticarət sazişi, Naxçıvanı Muxtar Respublikası ilə  Türkiyə Respublikası arasında dəmiryolunun çəkilməsi haqqında anlaşma memorandumu, hərbi maliyyə əməkdaşlığı və qarşılıqlı vizadan azad etmə haqqında sazişlər oldu.

BMTM-in  şöbə müdiri Cavid Vəliyev Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 10 il ərzində keçirilən iclasları və əldə olunan nailiyyətlərə dair təhlil hazırlayıb. Təhlili oxumaq və yükləmək üşün aşağıdakı linkdən keçid edə bilıərsiniz: 

http://www.aircenter.az/uploads/turkiyeTehlil.pdf