BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

TƏHLİL-Məsud Pezeşkianın prezidentliyi dönəmində İran-Azərbaycan münasibətləri

2025-04-28 15:53

“Məsud Pezeşkianın prezident olduğu dönəmdə, yəni ötən ilin iyul ayından bəri İran-Azərbaycan münasibətlərinin xronikasının nəzərdən keçirilməsi siyasi-diplomatik, iqtisadi-ticarət, nəqliyyat, energetika, parlamentlərarası əlaqələr, hərbi və hərbi-texniki əməkdaşlıq baxımından iki ölkənin münasibətlərində müsbət dinamikanın olduğunu açıq şəkildə göstərməkdədir.

Çoxsaylı qarşılıqlı səfərlər və intensiv müzakirələr sayəsində iki ölkənin rəsmiləri Pezeşkianın prezident seçilməsindən öncəki dövrdə ikitərəfli münasibətlərdə mövcud olan gərginliyi addım-addım aradan qaldırmağa çalışmış, Azərbaycan və İran arasında qarşılıqlı etimadın bərpası istiqamətində böyük səylər göstərmişlər.

Bu iş, əlbəttə, iki mühüm zəmin üzərində həyata keçirilmişdir: iki ölkə xalqlarının mədəni-tarixi ortaqlıqları və prezidentlər İlham Əliyev və Məsud Pezeşkianın münasibətləri normallaşdırmaq və inkişaf etdirməyə dair aydın iradəsi. Odur ki, İran prezidentinin Azərbaycana rəsmi səfərinin ikitərəfli əlaqələri daha da yaxşılaşdıraraq keyfiyyətcə yeni mərhələyə daşıyacağı şübhə doğurmur”. Bu barədə BMTM-in baş məsləhətçisi Məsiağa Məhəmmədinin son təhlilində bildirilir. Təhlildə İran-Azərbaycan münasibətlərindəki aşağıdakı başlıqlar detallı şəkildə araşdırılıb:

-Siyasi-diplomatik təmaslar

-İqtisadi-ticarət və nəqliyyat sahələrində əməkdaşlıq

-Parlamentlərarası əlaqələr

-Hərbi və təhlükəsizlik sahələrində əməkdaşlıq

-Münasibətlərə kölgə salan məsələ

-Əlaqələrdə sürətli dinamika

Ətraflı:

https://aircenter.az/uploads/brHuw1MlxJn_.pdf