BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

TƏHLİL-Almaniyada 23 fevralda baş tutacaq Bundestaq seçkilərinin mümkün nəticələri

2025-02-03 17:44

BMTM-in aparıcı məsləhətçisi Sultan Zahidovun təhlili Bundestaq seçkilərində iştirak edəcək namizədlərin proqramları, ictimai rəy sorğularını araşdırır və seçkilər nəticəsində formalaşacaq mümkün ssenarilərlə bağlı proqnozları təqdim edir: 

...Müxtəlif institutlar tərəfindən həyata keçirilən rəy sorğularının nəticələrinə əsasən, Almaniyada 23 fevralda baş tutacaq parlament seçkilərində  CDU/CSU-nun qalib gələcəyi və beləcə partiyanın lideri Fridrix Mertsin yeni kansler olacağı ehtimalı kifayət qədər yüksəkdir. Onu da nəzərə almaq lazımdır ki, bəzən hər həftə baş tutan ictimai rəy sorğularının nəticələri uzun müddətdir sabit olduğundan seçkilərin nəticələrinin tamamilə fərqli istiqamətdə dəyişəcəyi real görsənmir.

        Göstərilən faktorları yəni, 1. CDU/CSU-nun  seçkilərdə mütləq çoxluğu qazana bilməsə də qalib gələcəyini 2. FDP-nin və Sol Partiyanın bundestaqa daxil ola bilməyəcəyini 3. Heç bir partiyanın Afd ilə koalisiya höküməti yaratmaq istəyində olmadığını nəzərə alsaq  Almaniyada 23 fevral seçkilərindən sonra aşağıdakı koalisiyaların yarana biləcəyini proqnozlaşdırmaq olar:

  1. CDU/CSU və SPD-dən ibarət Böyük Koalisiya;

  2. CDU/CSU, SPD və Yaşıllardan ibarət Keniya Koalisiyası;

  3. CDU/CSU və Yaşıllardan ibarət koalisiya.

   Hər üç ssenarinin baş verəcəyi təqdirdə, Almaniya xarici siyasətində fundamental olmasa da müəyyən dəyişikliklər baş verə bilər. İlk növbədə, Almaniyada Ukraynaya dəstək və Rusiyaya müqavimət məsələsində daha sərt mövqe formalaşa bilər. Məsələn, uzun müddətdir ki, göndərilməsi Olaf Şolts tərəfindən bloklanan Taurus raketlərinin yeni koalisiya tərəfindən Ukraynaya ötürülməsi ehtimalı daha da artacaqdır. Digər tərəfdən həm CDU/CSU, həm də Yaşılların transatlantik bağlara önəm verdiyini nəzərə alsaq, xüsusilə təhlükəsizlik sahəsində ABŞ ilə əməkdaşlığın daha artırılması ehtimalı mövcuddur. Sözsüz ki, burada Trampın Avropa İttifaqı və Almaniya ilə bağlı mövqeyi də aparıcı rol oynayacaqdır. Eyni zamanda, Almaniyanın hərbi imkanlarını artıracağını və Avropanın təhlükəsizlik arxitekturasında daha fəal rol oynayacağını proqnozlaşıra bilərik.

Ətraflı: https://aircenter.az/uploads/Mndj6kbNuQm5.pdf