Dekabrın 12-də Böyük Britaniyada keçirilən parlament seçkiləri Mühafizəkarların tarixi qələbəsi ilə başa çatsa da, Şotlandiyada mühafizəkarlar öz seçki platformasını müstəqillik və anti-Brekzit kampaniyası üzərində quran Şotlandiya Milli Partiyasına məğlub oldular. Seçkidən dərhal sonra Şotlandiyanın Birinci naziri və Şotlandiya Milli Partiyasının lideri Nikola Stercen seçkinin nəticələrinin onun hökumətinə müstəqillik haqqında yenidən referendum keçirməyə “danılmaz” mandat verdiyini elan etdi. Yeni referenduma qarşı çıxan Baş nazir Boris Conson hökuməti isə birinci referendumun nəticələrini əsas gətirərək (once in a generation event) müstəqillik haqqında ikinci referenduma icazə verməyəcəklərini bildirib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı mütəxəssisi Ayaz Rzayevin bu mövzu ilə bağlı təhlilini aşağıdakı linkdən keçid edərək oxuya və yükləyə bilərsiniz:
http://aircenter.az/web/uploads//images/news/sotlandiya-tehlil-2020.pdf