BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Qarabağ: inkişaf edən regional nəqliyyat habı

2021-06-02 11:09

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Orxan Bağırovun “Qarabağ: inkişaf edən regional nəqliyyat habı” başlıqlı məqaləsi ABŞ-ın nüfuzlu Ceymstaun Fondunun “Eurasia Daily Monitor” jurnalında nəşr edilib. Məqalədə əsas diqqət Qarabağda həyata keçirilən nəqliyyat layihələrinə və bu layihələrin Qarabağı nəqliyyat habına çevirmək üçün yaratdığı imkanlara  yönəlib.

İlk olaraq Zəngilanda əsası qoyulmuş beynəlxalq aeroport haqqında məlumat veriliv və bundan əlavə Qarabağda digər iki aeroportun da tikilməsi diqqətə çatdırılıb. Daha sonra qeyd edilib ki, 10 Noyabr bəyanatı əsasında İkinci Qarabağ Müharibəsi bitdikdən sonra böyük dağıntıların olmasına baxmayaraq Azərbaycan dərhal bərpa prosesinə başlayıb və artıq bir sıra layihələri icra edib. Bundan sonra Füzuli aeroportu haqqında ətraflı məlumat verilib və göstərilib ki, hava limanları ilə yanaşı Azərbaycan Qarabağın Şimal, Cənub və Şərq istiqamətlərində avtomobil və dəmiryolu layihələrini də icra etməkdədir. Bu layihələr çərçivəsində Suqovuşan və Talış kəndlərinə çəkilən avtomobil yolu, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu, Horadiz-Ağbənd dəmiryolu, Bərdə-Ağdam dəmiryolu haqqında ətraflı məlumat verilib və bu layihələrin əhəmiyyəti diqqətə çatdırılıb. Sonda isə qeyd edilib ki, məqalədə haqqında bəhs edilən layihələr Qarabağın iqtisadi inkişafını sürətləndirərək onun regional nəqliyyat habına çevrilməsinə imkan yaradacaq: "Yeni tikilən və bərpa edilən yolların əvvəl mövcud olan yollar və Zəngəzur Koridoru ilə birləşdirilməsi regionda nəqliyyat şəbəkəsinin genişlənməsinə imkan yaratmaqla yanaşı regional əməkdaşlığa müsbət təsir edəcək. Bu layihələr eyni zamanda üçtərəfli bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasıını nəzərdə tutan müddəaların icrasını da sürətləndirəcək. Nəticədə Qarabağda inkişaf edən yeni nəqliyyat habı Cənubi Qafqazın Orta Koridor və Şimal-Cənub Nəqliyyat Dəhlizi çərçivəsində mövqeyini daha da gücləndirəcək. Bu da İkinci Qarabağ Müharibəsinin nəticələrinin regionda geo-siyasi reallığı necə dəyişdiyini bir daha göstərir".

Daha ətraflı: https://jamestown.org/program/karabakh-an-emerging-regional-transport-hub/