BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Peyvənd millətçiliyi və COVID-19 pandemiyasının geosiyasi aspektləri

2021-02-24 10:31

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin məsləhətçisi Ülviyyə Bayramlının “London Post” qəzetində “Peyvənd millətçiliyi və COVID-19 pandemiyasının geosiyasi aspektləri” başlıqlı məqaləsi dərc edilib.

Müəllif yazıda qeyd edir ki, pandemiyanın yaratdığı uğursuz meyllər arasında ən son və ən aktual olanı peyvənd millətçiliyidir. Bildirilir ki, peyvəndin paylanması nə ədalətli, nə də bərabər olmayıb, hətta inkişaf etmiş ölkələr belə peyvənd paylanması mövzusunda öz aralarında mübahisə edirlər.

Qeyd olunur ki, idarə olunan 128 milyon doza peyvəndin dörddə üçündən çoxu ümumilikdə 10 ölkədə tətbiq edilib: “Təxminən 2,5 milyard əhalisi olan 130 ölkədə hələ də COVID-19 peyvəndi tətbiq edilmədiyi halda, digər ölkələr bütün əhalilərini dəfələrlə aşılayacaq qədər peyvəndlə təmin ediblər”.

Məqalədə bildirilir ki, Birləşmiş Millətlər Təşkilatından sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının (QH) hazırkı sədri olaraq, Azərbaycan bərabər mənada peyvənd paylanmasının tərəfdarı olmaq üçün yalnız mənəvi deyil, rəsmi məsuliyyət daşıyır: “Pandemiyanın başlanmasından bəri Azərbaycan bu böhrana qarşı təşkilatda müdrik koordinasiyalı bir yanaşma seçib. 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyasında Qoşulmama Hərəkatının 120 üzv dövləti adından danışan Prezident İlham Əliyev problemə çoxtərəfli yanaşmanın vacibliyini vurğulayıb və bütün ölkələr üçün COVID-19-a qarşı dərmanlara, peyvəndlərə və tibbi avadanlıqlara bərabər əlçatanlığın təmin olunmasının vacibliyini qeyd edib.

Müəllif qeyd edir ki, mənəvi və iqtisadi baxımdan peyvənd millətçiliyi hər bir dövlətin ən yaxşı mənafeyinə qarşı işləyən, yalnız böhranı uzadan, uğursuzluğa məhkum olan bir strategiyadır.

Daha ətraflı: http://thelondonpost.net/vaccine-nationalism-and-geopolitics-of-covid-19/