BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TƏHLİLİ MƏRKƏZİ

Axtar

Özbəkistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ölkəyə nə vəd edir?

2019-12-29 00:00

Siyasi ekspert Azad Qəribov Özbəkistanın Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlüyünün ölkə üçün yaratdığı imkan və çağırışları təhlil edib. “Özbəkistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü ölkəyə nə vəd edir?” başlıqlı təhlildə qeyd olunur ki, AİB-ə üzvlük Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanın özünütəcrid siyasətindən imtinasının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Bu siyasət ölkənin iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi və AİB məkanındakı əmək miqrantlarının problemlərinin həll edilməsinə hesablanıb. Lakin nəzərə alınmalıdır ki, rus və özbək rəsmilərinin son bəyənatları Özbəkistanın AİB-ə qoşulmağına dair siyasi qərarın verildiyini deməyə əsas versə də, üzvlüyün ölkəyə mümkün iqtisadi təsirlərinə dair ziddiyyətli fikirlər mövcuddur.

Təhlili oxumaq və yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:

http://aircenter.az/web/uploads//images/news/turkiyr/ozbekistan-tehlil.pdf