2025-ci il aprelin 7-də Azərbaycan Respublikasının Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə Macarıstanın Danube İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb. Razılaşma vasitəsilə tərəflər Azərbaycan Respublikası ilə Macarıstan arasında mövcud olan dostluq münasibətlərinin inkişafına və möhkəmləndirilməsinə töhfə vermək niyyətlərini ifadə ediblər.
İnstitusional əməkdaşlığın əhəmiyyətini vurğulayan tərəflər əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində səylər göstərməyə sadiq olduqlarını bildiriblər. Əməkdaşlıq sahələrinə nümayəndə heyətlərinin mübadiləsi, peşəkar və akademik təcrübənin paylaşılması, eləcə də elmi konfranslar və seminarlarda birgə iştirak daxildir.
Bu tərəfdaşlıq qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və ortaq maraq doğuran məsələlər üzrə elmi tədqiqat və dialoqun inkişaf etdirilməsinə yönəlib.


