Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynov İtaliyanın daxili siyasətində müşahidə olunan problemlər mövzusunda təhlil hazırlayıb. Təhlildə qeyd olunur ki, İtaliyada 2019-cu ilin sentyabrında Cüzzepe Kontenin Baş Nazirliyi altında qurulmuş 5 Ulduz Hərəkatı (5UH) və Demokratik Partiyanın (DP) hakimiyyəti müxtəlif qəbildən olan problemlərin təzyiqi altındadır. Bir tərəfdən müxalif Matteo Salvininin Liqa Partiyasına xalq arasında artan dəstək və partiyanın regional seçkilərdə göstərdiyi müsbət nəticələrə görə hakim partiyalarda yaranan partiyadaxili narazılıqlar, digər tərəfdən də ölkənin iqtisadiyyatında yaşanan durğunluq erkən seçkilər ehtimalını gücləndirir. Bununla yanaşı, müxtəlif siyasi faktorlar və erkən seçkilər olacağı təqdirdə M.Salvininin Baş Nazir olacağı ehtimalı hakim koalisiyanı seçkilərdən yayınmaq üçün bütün vasitələrdən istifadə etməyə vadar edir.
Təhlili oxumaq və yükləmək üçün aşağıdakı linkdən keçid edə bilərsiniz:
http://aircenter.az/web/uploads//images/news/ItaliyaTehlil-Vasif.pdf